17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
Bütün xəbərlər
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
Tarix: 05-11-2026 18:31 | Bölmə: Sosial

Saratov vilayətinin Puqaçevski rayonunda sakinlərin kütləvi zəhərlənməsinə opistorxoz səbəb olub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzorun regional idarəsi məlumat verib.
Puqaçevski rayonunda opistorxozun klaster halları haqqında... 5 noyabr 2026-cı il tarixinə qurbanların sayı 19 nəfərdir. Bütün qurbanlar Puqaçev şəhərində yerləşən Pivzavod mağazalar şəbəkəsindən balıq məhsulları (quru balıq) istehlak etdiklərini bildiriblər.
Bu, balıqlar tərəfindən ötürülən ən çox yayılmış parazitar xəstəliklərdən biridir. Xəstəliyin törədicisi trematod yastı qurdudur. Bu qurdlar mağazadan müsadirə edilən qurudulmuş balıqda aşkar edilib. Satışdan ümumilikdə 35 kq balıq məhsulları çıxarılıb.
Şöbənin mütəxəssisləri bir sıra epidemiya əleyhinə və sanitar-profilaktik tədbirlər həyata keçirirlər.Yoluxmuş şəxslər bütün lazımi yardımları alırlar.




Baxış sayı: 7


Bölməyə aid digər xəbərlər