18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
16:24 / 19-11-2026
Mikroavtobus aşıb, xəsarət alanlar var
16:21 / 19-11-2026
Şimali Osetiyada itkin düşmüş turistin axtarışı aparılır
16:18 / 19-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş başa çatdı
16:06 / 19-11-2026
Kuryer polisə zərərli narkotik saxlama faktını aşkar etməyə kömək edib
08:58 / 19-11-2026
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
08:56 / 19-11-2026
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
08:49 / 19-11-2026
Britaniya hökuməti Ukraynaya 1000-dən çox uzunmənzilli dron təhvil verəcəyini elan edəcək
08:46 / 19-11-2026
Tramp Putin və Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini etiraf etdi
22:55 / 18-11-2026
Heqset bildirib ki, ABŞ və Venesuela müdafiə sahəsində əməkdaşlıq edəcəklər
22:50 / 18-11-2026
Paşinyan vəzifəsindən getməyə hazır olduğunu açıqladı
16:09 / 18-11-2026
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
16:05 / 18-11-2026
İsveç idmançılar da daxil olmaqla Rusiya vətəndaşlarına giriş məhdudiyyətləri tətbiq edəcək
16:02 / 18-11-2026
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
15:58 / 18-11-2026
Avtomobildə buzun içinə düşən üç nəfər ölüb
15:51 / 18-11-2026
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
15:47 / 18-11-2026
Putin APEC sammiti çərçivəsində Vyetnam Prezidenti ilə görüşüb
15:44 / 18-11-2026
Jurnalist Trampın Çində harada qaldığını açıqladı
15:38 / 18-11-2026
Kirayəçilər mübahisə zamanı ev sahibini öldürüblər
15:35 / 18-11-2026
İtkin düşən iki uşaq anasının qətli ilə bağlı araşdırma aparılır
15:28 / 18-11-2026
Stritinq Qərb ölkələrini Kiyevə maliyyələşdirməni davam etdirməyə çağırdı
15:25 / 18-11-2026
Lixaçev Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının fiziki işə salınmasının yaxınlaşdığını elan etdi
15:20 / 18-11-2026
Jurnalist APEC sammitində Putinin avtomobilini göstərdi
15:16 / 18-11-2026
42 yaşlı mədənçi mədəndə ölüb
15:13 / 18-11-2026
Dmitriyev bildirib ki, Rusiya Avropanın əməkdaşlığa qayıtmasını gözləyir
15:09 / 18-11-2026
Lixaçev Rosatom-un ABŞ və Çin planlarının həyata keçirilməsindəki əsas rolunu vurğuladı
14:52 / 18-11-2026
İsrail iyun ayında Kallasla birbaşa əlaqəni dayandırıb
11:15 / 18-11-2026
Poddubnı Rusiya ilə ABŞ arasında danışıqları pozmaq cəhdlərindən danışdı
11:12 / 18-11-2026
Çin Putinin təhlükəsizlik xidmətinin əməkdaşının "qara portfeli"nin olmadığını gördü
2023-cü il üzrə nəzərdə tutulan büdcə layihəsi öz artım dinamikasını qorumağı bacarıb-Könül Nurullayeva
Tarix: 19-11-2022 20:21 | Bölmə: Sosial

“Post-müharibə dövründə bərpa-quruculuq işlərinə böyük miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, müzakirə etdiyimiz dövlət- büdcə layihəsi bir daha dövlətimizin və ölkə iqtisadiyyatının dayanıqlı olduğunu göstərir. Cari ilin əvvəlindən etibarən Rusiya ilə Ukrayna arasında başlanan hərbi münaqişə və Çində iqtisadi artım templərinin zəifləməsi səbəbilə qlobal iqtisadiyyatın üzləşdiyi çətinliklərə, Böyük Qayıdışın təmin edilməsi üçün sərf olunan resurslara baxmayaraq, 2023-cü il üzrə nəzərdə tutulan büdcə layihəsi öz artım dinamikasını qorumağı bacarıb”.
Sabaha-inamla.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva parlamentdə büdcə müzakirələri zamanı belə deyib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi həm də zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması, məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir və bu, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair Birinci Dövlət Programının əsas prioritet istiqamətlərindən biridir. Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.“Vətəndaşların rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir” deyən millət vəkili təhsil sahəsinin də əsas diqqət tələb edən sahələrdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, növbəti il üzrə təhsil xərcləri 4 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 13.8 faiz çoxdur: “Qeyd etmək istərdim ki, bu gün gənc tələbələrin üzləşdiyi ən böyük problemlərdən biri də onların mənzil şəraitinin, yataqxana probleminin həlli ilə bağlıdır. Bu gün ölkədə yataqxana təsərrüfatının demək olar ki, heç bir mövcud standartı yoxdur. Düşünürəm ki, bu məsələni həll etmək, minlərlə tələbə gəncimizin yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət büdcəsindən bu istiqamətdə hər hansı bir formada vəsaitin ayrılması nəzərdə tutulmalıdır.”
Deputat həmçinin idman və gənclər sahəsinə 2023-cü il üçün verilən proqnozun cari illə müqayisədə 2 milyon 409 min 712 manat artaraq 46.3 milyon manat təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu da dövlətin idman və gənclər sahəsinə xüsusi önəm verməsinin göstəricisidir. Deputat həmçinin gənclərin məşğulluğuna da diqqət çəkib: “Gənclərin məşğulluğunun təminatına yönələn uzunmüddətli proqramların hazırlanması və xüsusilə də regionlarda belə proqramların tətbiqi üçün büdcədən müəyyən maliyyə vəsaitlərinin ayrılması əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Əsas önəmli məsələlərdən biri də prioritet sahələrə ayrılan büdcə vəsaitlərinin düzgün, səmərəli və qənaətlə istifadə olunmasının yoxlanılması, büdcə vəsaitlərinin istifadə edilməsi üzrə maliyyə nəzarəti mexanizminin yaradılması və tətbiqidir. Yalnız bu zaman qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlmək mümkün olar. “
Deputat seçildiyi Nizami rayonunda uzun illərdən bəri qalmış, həllivacib sosial-iqtisadi məsələləri də yenidən gündəmə gətirib: “Nəzərinizə çatdırım ki, Keşlə qəsəbəsində yaşayan sakinləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş əsas problemlərdən biri də, qəsəbədən keçən Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Mirzə Ələkbər Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsidir.
Aidiyyəti dövlət qurumlarına etdiyim müraciətlər əsasında qeyd olunan məsələnin həlli üçün böyük məbləğdə maliyyə vəsaitinin tələb olunacağını nəzərə alaraq, İqtisadiyyat Nazirliyi dövlət vəsaitindən səmərəli və qənaətlə istifadənin vacibliyi baxımından mövcud problemin həlli məsələsini Bakı Nəqliyyat Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsas götürülməklə məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunanları nəzərə alaraq, 2023-cü ilin dövlət investisiya xərcləri çərçivəsində bu önəmli məsələnin həllinə, həmçinin, Nizami rayonu Keşlə qəsəbəsində 250-dən çox ailənin yaşadığı Pəhlivan Fərzəliyev və Mətləb Ağayev küçələrinə kanalizasiya xəttinin çəkilməsi üçün aidiyyatı qurumlara müvafiq maliyyə vəsaitinin ayrılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”
K.Nurullayeva eyni zamanda Nizami rayonunda yerləşən binalarda istilik sistemilə bağlı mövcud problemləri də xatırladıb: “Binaların istilik sistemi ilə təmin olunması ilə bağlı “Azəristiliktəchizat” ASC-yə son illlər ərzində müxtəlif vaxtlarda dəfələrlə müraciətlər edilmiş, hər dəfə maliyyə təminatının olmaması səbəbindən təmir-bərpa işlərinin növbəti investisiya proqramında nəzərə alınacağı bildirilmişdir. Lakin növbəti investisiya proqramının zamanı haqda heç bir məlumat verilməmişdir.” K.Nurullayeva sözügedən məsələnin növbəti investisiya proqramına salınmasını xahiş edib.
Sabaha-inamla.az
Baxış sayı: 559
Bölməyə aid digər xəbərlər

Dünən, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
18-10-2026, 18:36
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
14-10-2026, 21:31
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
14-10-2026, 20:36
Təqaüdçü lotereyada uddu və ipotekasını ödədi
13-10-2026, 21:34
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi