00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Prezidentin 14 fevral Qarabağ səfərində iki mühüm mesaj - üç rəy
Tarix: 18-02-2021 17:27 | Bölmə: Siyasət
Maraqlı detallardan biri budur ki, ölkəsinə, siyasi opponentlərinə və maraqlı dövlətlərə mesaj vermək lazım olanda, Prezident məkan olaraq, azad olunmuş torpaqları seçir, bu dəfə də elə oldu. Prezidentin Qarabağa növbəti səfərində diqqət çəkən çox məqamlar oldu. Ancaq ölkə başçısının Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimindən sonra Türk dünyasına yeni bir çıxış qapısından danışması, bu meqalayihədən bəhrələnmək istəyənlərə mesajlarını verməsi mühüm məsələ idi. Prezidentdən sitat: “Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolunun azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır”.

Prezident İlham Əliyev qeyd edib ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu var və burada iştirak edən bütün ölkələr faydalanacaqlar. “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”, dövlət başçısı əlavə edib.

Ölkə Prezidenti 44 günlük savaşın nəticəsində sarsıdıcı zərbələr alan, ancaq yenidən baş qaldırmaq istəyənlərə növbəti xəbərdarlığını da məhz döyüş meydanından edib, eynilə Şuşa səfəri zamanı olduğu kimi. Dövlətimizin başçısı bununla da qarşı tərəfi ötən dərsləri unutmamağa çağırıb. Sitat: “Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
Qarabağ bölgəsini Milli Məclisdə təmsil edənlərdən biri, deputat Ceyhun Məmmədov Prezidentin Qarabağa 14 fevral səfərindən, səsləndirdiyi bəyanatlardan, verilən mesajlardan danışarkən bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgəyə səfəri bir çox cəhətlərdən xüsusi əhəmiyyət daşıyır: “Artıq neçənci dəfədir Prezident özü bölgəyə səfər edərək həyata keçirilən layihələrlə yerində tanış olur, onların icrasına birbaşa nəzarət edir. Bu Prezidentin bu məsələni daima diqqətdə saxladığının, məsələyə çox həssas yanaşdığının göstəricisidir. Prezident bölgənin gələcəyi və inkişafı ilə bağlı bir sıra mühüm mesajlar verdi. Birinci, dövlət başçısı mesaj verdi ki, Azərbaycan tez bir zamanda Qarabağı dirçəldəcək, buranı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Artıq bir sıra mühüm layihələrin icrasına başlanılıb və bu layihələr uğurla icra olunur. Bölgənin çox güclü elektrik enerjisi, su ehtiyatları, heyvandarlıq, kənd təsərüfatı və turizm potensialı var.

Ceyhun Məmmədov
Azərbaycan burada ağıllı şəhər və kənd layihələrinin həyata keçirilməsini planlaşdırır. Azərbaycan bu imkanlardan geniş istifadə edəcək və nümunəvi ağıllı şəhər və kənd layihələri həyata keçirəcək. Burada ən müasir texnologiyalardan istifadə ediləcək. Artıq baş planlar da hazırdır. Müxtəlif dövlətlərlə danışıqlar aparılır. Bu, Azərbaycanın növbəti böyük uğurudur. Su elektrik stansiyasının qısa vaxtda inşası, çinarların əkilməsi, balıqların suya buraxılması bu fikiri bir daha təsdiq edir. Biz yaxın vaxtlarda digər mühüm layihələrə başlanıldığının da şahidi olacağıq”.

Deputat Prezidentin Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etməsini təsadüfi saymır, hesab edir ki, bu, revanş niyyətində olanlara ünvanlanan mesajlardır: “Ermənilər son baş verənlərdən ciddi nəticə çıxarmalıdırlar. Əgər onlar ”dəmir yumruğ"u unudub yenidən baş qaldırsalar, bunun bədəli çox ağır olacaq. Onlar bu barədə düşünməsələr, növbəti dəfə daha böyük itkilərlə üzləşəcəklər. Nə qədər gec deyil, ermənilər ağıllarını başlarına yığmalıdırlar". C.Məmmədov bildirdi ki, Prezident səfər zamanı Naxçıvanın blokadadan çıxarılması, Naxçıvana yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı məsələlərə də geniş toxundu, bu da mühüm əhəmiyyətə malik məqamdır: “Burada qlobal siyasi və iqtisadi layihələrdən söhbət gedir. Bu layihələr Azərbaycan iqtisadiyyatına və bölgənin inkişafına çox ciddi töhfələr verəcək. Həmçinin Azərbaycan bununla həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərini təmin edəcək.. Burada ən önəmli məsələlərdən biri də Azərbaycanı Türkiyə ilə yeni bir dəmir yolu xəttinin birləşdirməsidir. Azərbaycan həmçinin Orta Asiya respublikaları ilə Türkiyə arasında da körpü rolunu oynayacaq. Bu layihə həmçinin azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınmasına ciddi töhfə verəcək. Bu layihələrin həyata keçirilməsində Türkiyə və Rusiyanın da ciddi maraqları var”.

Fazil Mustafa
Deputat Fazil Mustafa bildirdi ki, dövlət başçısının ölkəsinə, siyasi opponentlərinə və maraqlı dövlətlərə Qarabağdan mesaj vermək taktikası olduqca doğru seçilib: “Ölkə Prezidenti bu səfərləri ilə həm Qarabağa sahiblik hüququmuzu möhkəmləndirir, həm də bütün qərarların Qarabağ üzərindən gerçəkləşdiriləcəyinin anonsunu verir. Çünki real məkandan belə fikirlərin səsləndirilməsi ermənilər üçün də işin nə dərəcədə ciddi olduğunu anlatmaq baxımından faydalıdır. Erməni xəstə təxəyyülü tarixdən oxuduğu mifoloji mətnlərdən ayrılaraq, real dünyanın mətnlərinə yönəlməlidir. Əks halda, yenidən irreal proqramlar və hədəflər arxasınca sürünmək bu xalqı onsuz da qondarma dövlət olan Ermənistan məkanından da məhrum edə bilər. Əslində cəmiyyət olaraq biz də bu addımların alt qatını doldurmalıyıq. Daha böyük fədakarlıqla Qarabağ məsələsində öz töhfəmizi verməyə başlamalıyıq”. F.Mustafanın sözlərinə görə, Prezident anlatmağa çalışır ki, biz yalnız Qarabağı xilas etməmişik, həm də Naxçıvanın gələcək təhlükəsizliyini təminat altına almışıq: “Bizdə də yanlış tarix və mifoloji mətnlərə özünü inandıranlar öz xəyallarından real həyata qayıdıb görülən işin möhtəşəmliyini anlamalıdırlar. Burada böyük bir Türk inteqrasiyasından söhbət gedir. Bununla belə, Qarabağın gələcəyi, orada görüləcək işlər, məskunlaşmanın formaları və sair məsələlər cəmiyyətin alt qatlarında ciddi müzakirə olunmalıdır. İqtidarın bəlkə də ləngidiyi addımlardan biri məhz bu sferadadır. Çünki cəmiyyətin konsensusu bölgənin yenidən qurulmasında, qalxınmasında olduqca əhəmiyyətli amildir. Məsələn, mənə Qarakilsənin - ermənilər onu ”Sisiyan" adlandırır - Şıxlar kəndindən 150 ailə Qarabağın ayrıca bir kəndində kompakt yaşamaq üçün müraciət etdiklərini bildiriblər. Bu tendensiyanı inkişaf etdirməliyik. Orada erməni zülmünü yaşamış insanları ağırlıqlı olaraq yerləşdirməliyik ki, bu vəhşi xalqa qarşı lazım gələndə daha sərt dirəniş göstərə bilsinlər". Deputat qeyd etdi ki, bizi qarşıda Prezidentin də söylədiyi kimi, erməni faşizmi ilə mübarizə gözləyir: “Bu mübarizəni yalnız silahlı qüvvələrimizlə aparmaq yetərli olmayacaq. Bütün cəmiyyətimiz bu mübarizədə öz hədəfləri barədə aydın təsəvvürə malik olmalıdır”.

Elçin Mirzəbəyli
“Azərbaycan Prezidenti tərəfindən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, ölkəmizlə yanaşı daxil olduğumuz region və subregion, eləcə də Türk Dünyası və Avrasiya üçün tarixi hadisədir və sözügedən nəqliyyat infrastrukturu geostrateji əhəmiyyət daşıyacaq”. Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi ekspert qeyd etdi ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsi İran və Ermənistanla sərhəddə yerləşdiyi üçün önəmli coğrafi mövqeyə malikdir: “Ağbənddən indiki Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan isə İqdıra qədər olan məsafə kifayət qədər qısa və əlverişlidir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Ermənistan ərazisindən Naxçıvana keçən dəmir yolu xətti vasitəsilə Azərbaycan və Türkiyə həm də nəqliyyat infrastrukturunun diversifikasiyasına nail olurlar ki, bu da həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından böyük önəm daşıyır. Məlum olduğu kimi, hazırda ölkəmizin qardaş Türkiyə ilə dəmir yolu əlaqəsi Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Gürcüstan üzərindəndir. Ermənistan və Naxçıvan üzərindən keçən dəmir yolu Türkiyənin Şərqi Anadolu bölgəsinə çıxışını təşkil edəcək. Bakı-Tiflis-Qars dəmir yolu xətti də məlum olduğu kimi, eyni bölgəyə çıxır. Buradan hər iki dəmir yolu xətti ilə qısa bir məsafə qət etməklə Türkiyənin Qara dəniz bölgəsinə və təbii ki, Qara dəniz limanlarına çıxış əldə edə bilirik ki, bu da Azərbaycan üçün alternativ imkanlar yaradır. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsi vasitəsilə biz Poti və Batumi limanlarına, oradan da Qara dənizə çıxış əldə edə bilirik. Amma Türkiyə limanları vasitəsilə Qara dənizə çıxış əldə etməyimiz, ən azı bu istiqamətdə alternativlərimizin olması baxımından strateji əhəmiyyətə malikdir və həm də iqtisadi baxımdan səmərəlidir. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Amma alternativlərimizin olmaması səbəbindən yaxın tarixdə rəsmi Tiflisinin bir sıra manipulyativ davranışlarının şahidi olmuşuq ki, bu da əlavə maliyyə və vaxt itkilərinin olmasına zəmin yaradıb”.
E.Mirzəbəyli qeyd etdi ki, əgər Ermənistan məğlubiyyətdən nəticə çıxarıb yaxın qonşuluq prinsiplərindən çıxış edərsə, o zaman bu ölkənin üzərindən və daha qısa, əlverişli məsafə qət etməklə Türkiyəyə neft və qaz kəmərlərinin çəkilməsi də mümkündür: “Bu isə öz növbəsində enerji dəhlizlərimizin diversifikasiyası, alternativlərimizin yaranması deməkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Füzuli rayonunda da beynəlxalq hava limanının inşası ilə bağlı işlər gedir. Yeni dəmir yol xəttinin inşası isə İranla həmsərhəd olan bu ərazimizi bölgənin mühüm logistik mərkəzinə çevirə bilər. Bu isə öz növbəsində beynəlxalq statusu olan regional iqtisadi zonaların yaranması deməkdir. Bütün bunlar isə ölkəmizin geostrateji əhəmiyyətinin artması, mövqelərinin möhkəmlənməsi deməkdir. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən infrastruktur layihələri vasitəsilə ölkəmizin on illər, bəlkə də yüz illər boyu bölgədə üstün mövqeyini, təhlükəsizliyini təmin edəcək, Azərbaycanı Avrasiyanın açar ölkəsinə çevirəcək strateji bir planın əsasını qoyur”.
Azərbaycan Prezidenti Qarabağa səfərləri zamanı təkcə düşmənə xəbərdarlıqlar etmir, eyni zamanda sükanı arxasında əyləşdiyi avtomobillə irəlilədikcə, erməni vandalizminin qurbanı olmuş yaşayış məntəqələrimizdən bəhs edərək, onları əyani şəkildə göstərərək, bütün dünya ictimaiyyətini məlumatlandırır, erməni faşizminin gerçək simasını nümayiş etdirir. Bunun özü də qazanılmış qələbəmizin qorunub-saxlanılması, əbədiləşdirilməsi baxımından çox önəmli amildir. Bundan əlavə, dövlət başçısının iri layihələrin təməlini qoyması Azərbaycan dövlətinin çox da uzaq olmayan gələcəkdə Qarabağı cənnətə döndərəcəyinə əminlik yaradır. Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşməsi, eyni zamanda Mehri dəhlizi vasitəsilə “Bir millət, iki dövlət” arasında körpünün atılması bölgənin daha sürətlə inkişafında müstəsna rol oynayacaq.
Musavat.com
Baxış sayı: 520
Bölməyə aid digər xəbərlər
Tarix: 18-02-2021 17:27 | Bölmə: Siyasət
İlham Əliyevin zəfər qazanılmış torpaqlardan səsləndirdiyi fikirlər geniş müzakirə olunmaqdadır
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin zəfər qazanılmış torpaqlardan səsləndirdiyi fikirlər, bölgənin inkişafı ilə bağlı atılan addımlar və görüləcək işlərlə bağlı böyük layihələrin anonsu geniş müzakirə olunmaqdadır.Maraqlı detallardan biri budur ki, ölkəsinə, siyasi opponentlərinə və maraqlı dövlətlərə mesaj vermək lazım olanda, Prezident məkan olaraq, azad olunmuş torpaqları seçir, bu dəfə də elə oldu. Prezidentin Qarabağa növbəti səfərində diqqət çəkən çox məqamlar oldu. Ancaq ölkə başçısının Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimindən sonra Türk dünyasına yeni bir çıxış qapısından danışması, bu meqalayihədən bəhrələnmək istəyənlərə mesajlarını verməsi mühüm məsələ idi. Prezidentdən sitat: “Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolunun azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır”.

Prezident İlham Əliyev qeyd edib ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu var və burada iştirak edən bütün ölkələr faydalanacaqlar. “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”, dövlət başçısı əlavə edib.

Ölkə Prezidenti 44 günlük savaşın nəticəsində sarsıdıcı zərbələr alan, ancaq yenidən baş qaldırmaq istəyənlərə növbəti xəbərdarlığını da məhz döyüş meydanından edib, eynilə Şuşa səfəri zamanı olduğu kimi. Dövlətimizin başçısı bununla da qarşı tərəfi ötən dərsləri unutmamağa çağırıb. Sitat: “Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
Qarabağ bölgəsini Milli Məclisdə təmsil edənlərdən biri, deputat Ceyhun Məmmədov Prezidentin Qarabağa 14 fevral səfərindən, səsləndirdiyi bəyanatlardan, verilən mesajlardan danışarkən bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgəyə səfəri bir çox cəhətlərdən xüsusi əhəmiyyət daşıyır: “Artıq neçənci dəfədir Prezident özü bölgəyə səfər edərək həyata keçirilən layihələrlə yerində tanış olur, onların icrasına birbaşa nəzarət edir. Bu Prezidentin bu məsələni daima diqqətdə saxladığının, məsələyə çox həssas yanaşdığının göstəricisidir. Prezident bölgənin gələcəyi və inkişafı ilə bağlı bir sıra mühüm mesajlar verdi. Birinci, dövlət başçısı mesaj verdi ki, Azərbaycan tez bir zamanda Qarabağı dirçəldəcək, buranı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Artıq bir sıra mühüm layihələrin icrasına başlanılıb və bu layihələr uğurla icra olunur. Bölgənin çox güclü elektrik enerjisi, su ehtiyatları, heyvandarlıq, kənd təsərüfatı və turizm potensialı var.

Ceyhun Məmmədov
Azərbaycan burada ağıllı şəhər və kənd layihələrinin həyata keçirilməsini planlaşdırır. Azərbaycan bu imkanlardan geniş istifadə edəcək və nümunəvi ağıllı şəhər və kənd layihələri həyata keçirəcək. Burada ən müasir texnologiyalardan istifadə ediləcək. Artıq baş planlar da hazırdır. Müxtəlif dövlətlərlə danışıqlar aparılır. Bu, Azərbaycanın növbəti böyük uğurudur. Su elektrik stansiyasının qısa vaxtda inşası, çinarların əkilməsi, balıqların suya buraxılması bu fikiri bir daha təsdiq edir. Biz yaxın vaxtlarda digər mühüm layihələrə başlanıldığının da şahidi olacağıq”.

Deputat Prezidentin Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etməsini təsadüfi saymır, hesab edir ki, bu, revanş niyyətində olanlara ünvanlanan mesajlardır: “Ermənilər son baş verənlərdən ciddi nəticə çıxarmalıdırlar. Əgər onlar ”dəmir yumruğ"u unudub yenidən baş qaldırsalar, bunun bədəli çox ağır olacaq. Onlar bu barədə düşünməsələr, növbəti dəfə daha böyük itkilərlə üzləşəcəklər. Nə qədər gec deyil, ermənilər ağıllarını başlarına yığmalıdırlar". C.Məmmədov bildirdi ki, Prezident səfər zamanı Naxçıvanın blokadadan çıxarılması, Naxçıvana yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı məsələlərə də geniş toxundu, bu da mühüm əhəmiyyətə malik məqamdır: “Burada qlobal siyasi və iqtisadi layihələrdən söhbət gedir. Bu layihələr Azərbaycan iqtisadiyyatına və bölgənin inkişafına çox ciddi töhfələr verəcək. Həmçinin Azərbaycan bununla həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərini təmin edəcək.. Burada ən önəmli məsələlərdən biri də Azərbaycanı Türkiyə ilə yeni bir dəmir yolu xəttinin birləşdirməsidir. Azərbaycan həmçinin Orta Asiya respublikaları ilə Türkiyə arasında da körpü rolunu oynayacaq. Bu layihə həmçinin azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınmasına ciddi töhfə verəcək. Bu layihələrin həyata keçirilməsində Türkiyə və Rusiyanın da ciddi maraqları var”.

Fazil Mustafa
Deputat Fazil Mustafa bildirdi ki, dövlət başçısının ölkəsinə, siyasi opponentlərinə və maraqlı dövlətlərə Qarabağdan mesaj vermək taktikası olduqca doğru seçilib: “Ölkə Prezidenti bu səfərləri ilə həm Qarabağa sahiblik hüququmuzu möhkəmləndirir, həm də bütün qərarların Qarabağ üzərindən gerçəkləşdiriləcəyinin anonsunu verir. Çünki real məkandan belə fikirlərin səsləndirilməsi ermənilər üçün də işin nə dərəcədə ciddi olduğunu anlatmaq baxımından faydalıdır. Erməni xəstə təxəyyülü tarixdən oxuduğu mifoloji mətnlərdən ayrılaraq, real dünyanın mətnlərinə yönəlməlidir. Əks halda, yenidən irreal proqramlar və hədəflər arxasınca sürünmək bu xalqı onsuz da qondarma dövlət olan Ermənistan məkanından da məhrum edə bilər. Əslində cəmiyyət olaraq biz də bu addımların alt qatını doldurmalıyıq. Daha böyük fədakarlıqla Qarabağ məsələsində öz töhfəmizi verməyə başlamalıyıq”. F.Mustafanın sözlərinə görə, Prezident anlatmağa çalışır ki, biz yalnız Qarabağı xilas etməmişik, həm də Naxçıvanın gələcək təhlükəsizliyini təminat altına almışıq: “Bizdə də yanlış tarix və mifoloji mətnlərə özünü inandıranlar öz xəyallarından real həyata qayıdıb görülən işin möhtəşəmliyini anlamalıdırlar. Burada böyük bir Türk inteqrasiyasından söhbət gedir. Bununla belə, Qarabağın gələcəyi, orada görüləcək işlər, məskunlaşmanın formaları və sair məsələlər cəmiyyətin alt qatlarında ciddi müzakirə olunmalıdır. İqtidarın bəlkə də ləngidiyi addımlardan biri məhz bu sferadadır. Çünki cəmiyyətin konsensusu bölgənin yenidən qurulmasında, qalxınmasında olduqca əhəmiyyətli amildir. Məsələn, mənə Qarakilsənin - ermənilər onu ”Sisiyan" adlandırır - Şıxlar kəndindən 150 ailə Qarabağın ayrıca bir kəndində kompakt yaşamaq üçün müraciət etdiklərini bildiriblər. Bu tendensiyanı inkişaf etdirməliyik. Orada erməni zülmünü yaşamış insanları ağırlıqlı olaraq yerləşdirməliyik ki, bu vəhşi xalqa qarşı lazım gələndə daha sərt dirəniş göstərə bilsinlər". Deputat qeyd etdi ki, bizi qarşıda Prezidentin də söylədiyi kimi, erməni faşizmi ilə mübarizə gözləyir: “Bu mübarizəni yalnız silahlı qüvvələrimizlə aparmaq yetərli olmayacaq. Bütün cəmiyyətimiz bu mübarizədə öz hədəfləri barədə aydın təsəvvürə malik olmalıdır”.

Elçin Mirzəbəyli
“Azərbaycan Prezidenti tərəfindən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, ölkəmizlə yanaşı daxil olduğumuz region və subregion, eləcə də Türk Dünyası və Avrasiya üçün tarixi hadisədir və sözügedən nəqliyyat infrastrukturu geostrateji əhəmiyyət daşıyacaq”. Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi ekspert qeyd etdi ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsi İran və Ermənistanla sərhəddə yerləşdiyi üçün önəmli coğrafi mövqeyə malikdir: “Ağbənddən indiki Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan isə İqdıra qədər olan məsafə kifayət qədər qısa və əlverişlidir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Ermənistan ərazisindən Naxçıvana keçən dəmir yolu xətti vasitəsilə Azərbaycan və Türkiyə həm də nəqliyyat infrastrukturunun diversifikasiyasına nail olurlar ki, bu da həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından böyük önəm daşıyır. Məlum olduğu kimi, hazırda ölkəmizin qardaş Türkiyə ilə dəmir yolu əlaqəsi Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Gürcüstan üzərindəndir. Ermənistan və Naxçıvan üzərindən keçən dəmir yolu Türkiyənin Şərqi Anadolu bölgəsinə çıxışını təşkil edəcək. Bakı-Tiflis-Qars dəmir yolu xətti də məlum olduğu kimi, eyni bölgəyə çıxır. Buradan hər iki dəmir yolu xətti ilə qısa bir məsafə qət etməklə Türkiyənin Qara dəniz bölgəsinə və təbii ki, Qara dəniz limanlarına çıxış əldə edə bilirik ki, bu da Azərbaycan üçün alternativ imkanlar yaradır. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsi vasitəsilə biz Poti və Batumi limanlarına, oradan da Qara dənizə çıxış əldə edə bilirik. Amma Türkiyə limanları vasitəsilə Qara dənizə çıxış əldə etməyimiz, ən azı bu istiqamətdə alternativlərimizin olması baxımından strateji əhəmiyyətə malikdir və həm də iqtisadi baxımdan səmərəlidir. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Amma alternativlərimizin olmaması səbəbindən yaxın tarixdə rəsmi Tiflisinin bir sıra manipulyativ davranışlarının şahidi olmuşuq ki, bu da əlavə maliyyə və vaxt itkilərinin olmasına zəmin yaradıb”.
E.Mirzəbəyli qeyd etdi ki, əgər Ermənistan məğlubiyyətdən nəticə çıxarıb yaxın qonşuluq prinsiplərindən çıxış edərsə, o zaman bu ölkənin üzərindən və daha qısa, əlverişli məsafə qət etməklə Türkiyəyə neft və qaz kəmərlərinin çəkilməsi də mümkündür: “Bu isə öz növbəsində enerji dəhlizlərimizin diversifikasiyası, alternativlərimizin yaranması deməkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Füzuli rayonunda da beynəlxalq hava limanının inşası ilə bağlı işlər gedir. Yeni dəmir yol xəttinin inşası isə İranla həmsərhəd olan bu ərazimizi bölgənin mühüm logistik mərkəzinə çevirə bilər. Bu isə öz növbəsində beynəlxalq statusu olan regional iqtisadi zonaların yaranması deməkdir. Bütün bunlar isə ölkəmizin geostrateji əhəmiyyətinin artması, mövqelərinin möhkəmlənməsi deməkdir. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən infrastruktur layihələri vasitəsilə ölkəmizin on illər, bəlkə də yüz illər boyu bölgədə üstün mövqeyini, təhlükəsizliyini təmin edəcək, Azərbaycanı Avrasiyanın açar ölkəsinə çevirəcək strateji bir planın əsasını qoyur”.
Azərbaycan Prezidenti Qarabağa səfərləri zamanı təkcə düşmənə xəbərdarlıqlar etmir, eyni zamanda sükanı arxasında əyləşdiyi avtomobillə irəlilədikcə, erməni vandalizminin qurbanı olmuş yaşayış məntəqələrimizdən bəhs edərək, onları əyani şəkildə göstərərək, bütün dünya ictimaiyyətini məlumatlandırır, erməni faşizminin gerçək simasını nümayiş etdirir. Bunun özü də qazanılmış qələbəmizin qorunub-saxlanılması, əbədiləşdirilməsi baxımından çox önəmli amildir. Bundan əlavə, dövlət başçısının iri layihələrin təməlini qoyması Azərbaycan dövlətinin çox da uzaq olmayan gələcəkdə Qarabağı cənnətə döndərəcəyinə əminlik yaradır. Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşməsi, eyni zamanda Mehri dəhlizi vasitəsilə “Bir millət, iki dövlət” arasında körpünün atılması bölgənin daha sürətlə inkişafında müstəsna rol oynayacaq.
Musavat.com
Baxış sayı: 520
Bölməyə aid digər xəbərlər
Dünən, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb













