09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Moldova hakimiyyəti müxalifətçi deputat Tauberi beynəlxalq axtarışa verib
Tarix: 08-10-2025 07:43 | Bölmə: Siyasət

Moldova hüquq-mühafizə orqanları müxalif “Qələbə” siyasi blokunun icraçı katibi Marina Tauberin beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Diana Fetko məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Cinayət Polisi Təşkilatına müvafiq sorğu oktyabrın 8-də göndərilib. Hakimiyyət 72 saat ərzində cavab gözləyəcək.
Fetko izah etdi ki, məhkəmə "Mərkəz" sektorunun polis komissarlığından təqdim olunan materiallar əsasında Tauberə qarşı axtarış işi açıldığına dair rəsmi bildiriş alıb.
Bundan əvvəl Kişinyov məhkəməsi müxalifətçi deputat Tauberi qiyabi olaraq yeddi il yarım həbs cəzasına məhkum edib.
2023-cü ilin mayında Tauberin deputat toxunulmazlığı ləğv edildi. O, Şor partiyasını maliyyələşdirməkdə və məhkəmə sisteminə müdaxilədə ittiham olunur. Tauber özü bəyan edib ki, Moldovada müxalifət xadimlərinin cinayət təqibi hakim partiyanın “siyasi aqoniyası” və hakimiyyəti itirmək qorxusu ilə bağlıdır.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər