Bütün xəbərlər
Ərdoğan: Biz Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik -Görüş
Tarix: 17-11-2017 09:17 | Bölmə: Gündəm
Biz Rusiya prezidenti Vladimir Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik.
Trend-in Türkiyənin "Star" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərinin nəticələrini şərh edərkən bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar noyabrın 13-ü Soçidə keçirilib.


Baxış sayı: 752


Bölməyə aid digər xəbərlər