Bütün xəbərlər
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
Tarix: 11-07-2025 22:28 | Bölmə: Dünya

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktının layihəsində Ukraynaya 500 milyon dollarlıq müdafiə yardımı ayrılmasını təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə “Reuters” məlumat yayıb.
Sənəd həmçinin A-10 təyyarələrinin istismardan çıxarılması ilə bağlı məhdudiyyəti nəzərdə tutur.
Agentlik vurğulayır ki, komitə tərəfindən 2025-ci il iyulun 9-da 26 “lehinə” və 1 “əleyh” səsi ilə qəbul edilmiş Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) Ukraynaya təhlükəsizlik yardımı göstərilməsi təşəbbüsünün 2028-ci ilə qədər uzadılmasını ehtiva edir. Təsdiq edilmiş maliyyələşdirmə 300 milyon dollardan 300 milyon dollara qədər artırılıb. Qanun layihəsinə qanunvericilər yaxın aylarda baxacaq, Nümayəndələr Palatası isə Ukraynaya 300 milyon dollar səviyyəsində yardımı dəstəkləyir.
Bundan əvvəl Kiyev rejiminin başçısı Vladimir Zelenski Amerikanın silah tədarükünün bərpa olunduğunu açıqlamışdı.
“Reuters” həmçinin daha əvvəl məlumat vermişdi ki, ABŞ prezidenti Donald Tramp Konqresin icazəsi olmadan Ukraynaya 300 milyon dollarlıq hərbi yardım ayırmaq üçün prezident səlahiyyətlərindən istifadə etmək niyyətindədir.
7 iyul 2025-ci ildə Tramp Ukrayna üçün “müdafiə” silahlarının yeni partiyasını təsdiqlədi. Bu günə kimi ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 123,3 milyard dollara çatıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər