Bütün xəbərlər
FT: Tramp Zelenskini sülhə maneə kimi görür
Tarix: 12-07-2025 10:06 | Bölmə: Manşet

“Financial Times” yazır ki, Ukraynanın müttəfiqləri hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə maneə, Rusiya prezidenti Vladimir Putini isə tərəfdaş kimi görür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrlə danışan bir neçə məmurun fikrincə, Ukraynaya silah tədarükünün bərpası, o cümlədən Patriot sistemləri cəbhədəki mövcud vəziyyəti dəyişməyəcək.
FT-nin həmsöhbətlərindən biri deyib: “Ton dəyişikliyinə görə bir az ajiotaj var, lakin bunun ciddi hərəkətlərlə nəticələndiyini görmürük”.
İyulun 11-də Vladimir Zelenski Ukraynaya 2025-ci il iyunun əvvəlində Pentaqonun rəhbəri Pit Heqsetin qərarı ilə dayandırılan silah tədarükünün bərpa olunduğunu açıqladı.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər