Bütün xəbərlər
Qaraçılar yük maşını sürücüsünü aldadaraq 20 ton saqqız oğurlayıblar
Tarix: 12-07-2025 10:20 | Bölmə: Digər

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tver yaxınlığında 33 milyon rubl dələduzluqda şübhəli bilinən şəxsləri saxlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar yük maşınından 20 ton saqqız oğurlayıblar.
Yük maşını sürücüsü Velikiy Novqoroddan Yekaterinburqa mal aparırmış. Naməlum şəxslər müştərinin tapşırığı ilə onunla əlaqə saxlayıb və bildiriblər ki, yükləmə zamanı xəta baş verib, ona görə də mallar başqa maşına boşaldılmalıdır. Bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi özünün Telegram kanalında məlumat yayıb.
Həmin şəxs magistral yolda saxlayıb və 20 ton saqqızı başqa avtomobillə gələn naməlum şəxslərə təhvil verib.
"Aldatma üzə çıxanda zərərçəkənlər polisə müraciət ediblər, ümumi zərər 33 milyon rubl təşkil edib", - idarənin açıqlamasında deyilir.
Bu cinayətlə bağlı Rostov vilayətindən olan qaraçıların iki nümayəndəsi saxlanılıb. Təqsirləndirilən şəxslərə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb; onları 10 ilə qədər həbs gözləyir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər