Bütün xəbərlər
Lavrov: "Putin və Kim Çen In bir-biri ilə müntəzəm əlaqə saxlayırlar"
Tarix: 12-07-2025 10:29 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In mütəmadi olaraq mesaj mübadiləsi aparır və daim əlaqə saxlayırlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vonsanda Şimali Koreyanın xarici işlər naziri Çoi Son-Xi ilə danışıqların yekunu üzrə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, heç bir tərəf liderlər arasında müntəzəm ünsiyyət praktikasını dayandırmaq niyyətində deyil. İki lider arasında görüş, şübhəsiz ki, baş tutacaq, lakin əvvəlcə onun keçirilmə vaxtı və yeri barədə razılığa gəlmək lazımdır.
"Eyni şey qarşıdakı təmaslara da aiddir: onlar mütləq baş tutacaq. Nə vaxt və harada prezidentlə dövlət işləri üzrə sədr arasında razılıq əldə olunacaq", - Lavrov deyib.
2024-cü ildə Vladimir Putin 2000-ci ildən bəri ilk dəfə KXDR-ə səfər edib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər