Bütün xəbərlər
Lavrov Şimali Koreyaya səfər edəcək
Tarix: 11-07-2025 19:45 | Bölmə: Karusel

Rusiyanın xarici işlər naziri Sergey Lavrov KXDR-in Vonsan şəhərinə səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Asiya turu çərçivəsində Kuala-Lumpurdan oraya uçub.
Plana əsasən, iyulun 12-də Lavrov KXDR xarici işlər naziri ilə görüşəcək. Tərəflər xarici işlər nazirləri səviyyəsində strateji dialoqun ikinci raundu çərçivəsində danışıqlar aparacaqlar.
İyulun 11-də Lavrov Kuala-Lumpurda Şərqi Asiya Sammitinin xarici işlər nazirlərinin 15-ci iclasında, həmçinin ASEAN-ın təhlükəsizlik üzrə regional forumunda iştirak edib. Cümə günü o da bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyini təsdiqləyib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər