Bütün xəbərlər
NYT: Putin Trampın təzyiqinə məhəl qoymamaq niyyətindədir
Tarix: 11-07-2025 22:42 | Bölmə: Karusel

“The New York Times” yazır ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın təzyiqi altında güzəştə getməyə hazırlaşmır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya rəhbərliyinə və analitiklərə yaxın mənbələrə görə, Putin rus qoşunlarının cəbhə xəttində mövqelərini gücləndirdiyinə və yaxın aylarda Ukraynanın müdafiəsinin sındırıla biləcəyinə əmindir. Bu baxımdan Rusiya lideri hesab edir ki, Kiyevdən əhəmiyyətli güzəştlər olmadan hərbi əməliyyatları dayandırmaq mümkün deyil.
Mənbələr onu da qeyd edirlər ki, Putin münaqişədə öz məqsədlərinə çatmaq üçün bu məsələdə əvvəllər ehtiyatlı olmasına baxmayaraq, Trampla şəxsi münasibətlərini təhlükəyə atmağa hazırdır.
NYT-nin məlumatına görə, Moskva Vaşinqtonun sanksiyaları sərtləşdirə biləcəyini güman edirdi, lakin hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar başlasa, onların yumşaldılması ilə bağlı razılığa gələcəyinə ümid edir.
Daha əvvəl "Politico" yazıb ki, Amerika lideri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini yalnız Konqres Trampın məhdudiyyətləri aradan qaldırmaq üçün səlahiyyətlərini genişləndirəcəyi təqdirdə dəstəkləməyə hazırdır. Donald Tramp da öz növbəsində Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər