Bütün xəbərlər
Lavrov: "Rusiya KXDR-in niyə nüvə proqramını həyata keçirdiyini başa düşür"
Tarix: 12-07-2025 10:17 | Bölmə: Manşet

Moskva KXDR-in bu gün nüvə proqramını həyata keçirməsinin səbəblərini anlayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Koreya Xalq Demokratik Respublikasının rəhbərliyi müvafiq nəticələrə İsrail-Amerikanın İran İslam Respublikasına zərbə endirməsindən xeyli əvvəl gəlib və məhz bu qənaətlər vaxtında qəbul edildiyi üçün heç kim KXDR-ə qarşı güc tətbiq etmək fikrində belə deyil", - Lavrov KXDR xarici işlər naziri Son Xe Çoi ilə danışıqlardan sonra jurnalistlərə bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya Federasiyası bu cür münasibətlərdən “onları hər kəsə, o cümlədən KXDR və Rusiyaya qarşı qurmaq üçün” sui-istifadə etməmək barədə xəbərdarlıq edir.
"KXDR-in istifadə etdiyi texnologiyalar KXDR alimlərinin əməyinin nəticəsidir", - deyən Lavrov Moskvanın hərəkətlərə hörmətlə yanaşdığını və Şimali Koreyanın nüvə proqramını həyata keçirməsinin səbəblərini anladığını vurğulayıb.
Bu ilin aprelində KXDR-in Dövlət İşləri Komissiyasının sədri Kim Çen In bildirmişdi ki, ölkə donanmasının nüvə silahı ilə təchiz edilməsi prosesi sürətləndirilməlidir.
İyulun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov KXDR-in Vonsan şəhərinə səfər edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Asiya turu çərçivəsində Kuala-Lumpurdan oraya uçub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər