Bütün xəbərlər
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradılıb
Tarix: 16-11-2017 20:48 | Bölmə: Gündəm
2017-2018-ci ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində  qərargah yaradılıb.
Naxcivantv.az xəbər verir ki, 2017-2018-ci ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2017-ci ilin noyabr ayının 16-dan 2018-ci ilin mart ayının 15-dək saat 18-dən 24-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcəkdir.
Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzalar haqqında Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər. 
 
                                            Əlaqə telefonu : 545-01-71


Baxış sayı: 930


Bölməyə aid digər xəbərlər