23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Nə qədər ki, Qarabağın müstəqilliyi tanınmayıb, Azərbaycan onu azad etməlidir!
Tarix: 03-11-2019 00:48 | Bölmə: Gündəm

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Bu gün dünyada beynəlxalq qanunların işləməməsi göz önündədir. Görünür onu işlək hala gətirmək üçün "ununa" "qan" tökməkdən gərək çəkinməyəsən. ABŞ Konqresinin aşağı palatası sayılan Nümayəndələr Palatasında ermənilər tərəfindən illərdir Türkiyənin başına süni şəkildə qondurulmuş "erməni soyqırımı" oyununun mövsümü olaraq apreldə deyil, bu dəfə daha tez gündəmə gətirilməsi, şübhəsiz ki, Türkiyənin Suriyada apardığı "Barış pinarı" adlı antiterror əməliyyatlarına açıq təzyiq olduğunu bütün dünya müşahidə edir. Çünki indiyədək bu "qırılmış ermənilər" Kardaşyanın timsalında ömür boyu istənilən "kefi duran" güclü dövlətin əlində ən işlək və sevimli "alət" olmaqdan başqa heç nəyə yaramayıblar.
Əlbəttə, əgər Türkiyə sadəlövhlük etsəydi, ABŞ və Avropa tərəfindən başlanan "Ərəb baharı" onu dövlət olaraq parçalayıb öz "payızına" çatdıracaqdı. Ancaq Türkiyə ABŞ-ın Suriyada "tunel altından terrorçu yeritməsinə" imkan vermədi. Əslində Suriyada paxırları üzə çıxan ABŞ və Avropa məhz bu üzdən Türkiyəni cəzalandırmaq məqsədi ilə "soyları qırılmışları" yenidən "dövriyəyə" buraxıblar. Sözsüz ki, burada Türkiyənin Rusiya ilə birgə antiterror əməliyyatı aparması da "demokratiya atası" və "sivilizasiya anasını" bərk qısqandırır. Şübhə yoxdur ki, əsrlərlə tarixi olan Türkiyə qüdrətli dövlət olaraq bütün bu oyunlardan şərəflə çıxacaq.
Amma yaranmış bu siyasi şəraiti qaçırmayan Qarabağda "əldə düzəldilən" və adətləri üzrə özlərini həmişə "aşağıda" xoş hiss edən ermənilərin, məhz bu məqamda ABŞ Konqresinin aşağı palatasına dürtülə bilmələri çox maraqlıdır. Bu bir faktdır ki, oktyabrın 30-da ABŞ-a yollanan qondarma "Artsax"ın "xarici işlər naziri" Masis Mailyan ABŞ Konqresində "Artsax"ın müstəqilliyinə həsr edilmiş tədbirdə əsas məruzəçi kimi çıxış edib. M.Mailyan hətta "dövlət" quruculuğundan, "Artsax"ın beynəlxalq aləmdə tanınması, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qarabağ probleminin sülh yolu ilə nizama salınması barədə də danışıb. Tədbirdə çıxış edən ermənipərəst "konqres adamları" isə "Artsax"ın təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq aləmdə tanınması barədə lazımi işlərin davamlı olaraq görüləcəyini əminliklə vurğulayıblar.
Baxın, bu tədbirin səhəri gün Ermənistanın ABŞ-dakı səfirliyində separatçıların şərəfinə keçirilən görüşdə isə Mailyan "erməni soyqırımı"nı tanıma haqqında qəbul edilən tarixi qətnamə ABŞ-da "Artsax respublikası"nın tanınmasına nail olmaq üçün yeni və geniş perspektivlər açdığını dilə gətirib.
Ancaq Azərbaycan tərəfi hələ də problemin sülh yolu ilə ATƏT-in "üç muşketyorunun" köməkliyi ilə həll olunacağına ümid bağlayır.
Bu arada Fransada hələ də yaşayan və qanuni fəaliyyət göstərən Kommunist Partiyasının bu ölkənin prezidenti Emmanuel Makronu "Artsax"ın "müstəqilliyini" tanımağa çağrması, eyni zamanda, kommunist liderin Avropa İttifaqının ali komissarı Federika Mogeriniyə də eyni məzmunda müraciət ünvanlaması ermənilərin siyasi şəraitə uyğun olaraq hücuma keçmələrini tamamilə təsdiq edir.
Bütün oxuduqlarımızı ilk baxışda xəbər kimi qəbul etsək də, əslində vəziyyət olduqca gərgindir. Çünki rəsmi Bakı fikirləşincə separatçılar nəinki hansısa çayı, hətta hoppanıb Okeanı belə rahatlıqla keçiblər. İndi əgər ABŞ Türkiyənin, həmçinin həmişə onun yanında olan Azərbaycanın acığına hər iki qondarmaya - "soyqırımı" və "Artsax"ın tanınmasına qol qoysa, şübhəsiz ki, vəziyyət sözün əsl mənasında "urusca" olacaq. Ancaq yeganə təsəlli odur ki, güman etmək olar ABŞ bunun əvəzində ermənilərdən Rusiyadan birdəfəlik üz döndərmələrini istəyəcək. Doğrudur, ermənilər qucaqdan-qucağa atılmaqda nə qədər mahir olsalar da, amma Rusiyanın ağuşundan hoppanaraq Okeanın o biri tərəfinə düşmək istəyi çox güman ki, onları ilk növbədə "Qarabağ dəryasında" boğacaq.
Sözsüz ki, Rusiya bütün Qafqaza öz şəxsi əyaləti kimi baxır. ABŞ-ın və ya digər böyük dövlətin bu yerlərə ayaq basmasına, eyni zamanda, bu bölgədən hansısa ölkənin qərb yönümlü mövqe tutmasına asanlıqla imkan verən deyil.
Bu yerdə 9-11 iyulda Rusiyada keçirilən İstehsal və sənayeləşmə sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti V.Putinin Gürcüstanın tarixi ilə bağlı dilə gətirdiyi fərziyyələrini yada salmaq yerinə düşər. Rusiya başçısı burada, əvvəlcə onu canlı efirdə təhqir edən "Rustavi -2" telekanalının aparıcısı Qeorqiya Qabuniyaya qarşı cinayət işi qaldırılmasının və Tiflisə sanksiya tətbiq edilməsinin əleyhinə olduğunu bildirdi. O, bununla özünü humanist göstərsə də, Gürcüstanın ərazi bütövlüyünü alt-üst edərək, Abxaziya və Cənubi Osetiyanın məhz Gürcüstan tərəfindən işğal olunduğunu deyib, onu günahlandırdı. Yəni Kremlin başçısı hər iki bu subyektin, həmçinin Tiflisin özünün də XIX əsrdə Rusiyanın tərkibində quberniya olduğunu əsas tutaraq, bu ölkəni ölkə yerinə qoymadı. Bundan əlavə, Putin adəti üzrə 2008-ci ilin avqustundakı müharibəyə görə Gürcüstan rəhbərliyini günahlandırdı və bununla həm Mixail Saakaşviliyə, həm də amerikalılara "heç bir halda hərbi əməliyyatlara başlamalarına imkan verilməyəcəyinə" inandırdığını qeyd etdi. Putin həmin müharibənin nəticəsi olaraq Rusiyanın bu xalqları müdafiə etmək üçün, Abxaziya və Cənubi Osetiyanı məcbur olub tanıdıqlarını deməkdən də utanmadı.
Əlbəttə, Rusiya lideri tarixin bəzi dönəmlərini müəyyən mənada doğru şərh etsə də, ölkəsinin istər çar, istər Sovet, istərsə də öz dövründə imperialist, işğalçı olduğundan zərrə qədər xəcalət çəkmir.
İndi Rusiya başçısının Gürcüstana qarşı olan bu yanaşmasını nəzərə alsaq, əgər sabah ABŞ, Fransa və digər bir neçə ölkə ermənilərə heç bir şərt qoymadan Türkiyənin Suriya siyasətinin acığına qondarma "erməni soyqırımı"nı və Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bundan ayılan (əgər hələ ayılsa) Azərbaycan son çıxış yolu kimi müharibəyə başladığı təqdirdə onu heç şübhəsiz ki, elə ilk növbədə Rusiya, onun ardıncada bütün dünya işğalçı adlandıracaq. Hərçənd, 2008-ci ildə rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyanı separatçılardan azad etmək istəyəndə bu subyektlərin müstəqilliyini heç bir ölkə tanımırdı.
Ona görə də nə qədər ki, ermənilərin "Qarabağsız gəldi, qarabağlı qaç" oyunu tam olaraq başa çatmayıb, qondarma "erməni soyqırımı"n kölgəsində Dağlıq Qarabağın müstəqilliyini tanıtmağa nail olmayıblar, Azərbaycan onu azad etməlidir! Rəsmi Bakı əməli işə keçərək, öz qızıl vaxtını qarşıdakı "çevir tatı, vur tatı" danışıqlarına sərf etməməlidir!
BBC News-də Stephen Sackurun "Hard Talk"ında Azərbaycandan güzəşt mesajı istəyən erməni xarici işlər naziri Zöhrab Mnatsakanyan isə güzəşt kimi Dağlıq Qarabağda yaşayan ermənilərin başlarının çiyinləri üstündə salamat qalmaları ilə qənaətlənməlidir.
Sonda onu da yada salaq ki, hələ 2015-ci ildə Şuşanın işğalının 23-cü ildönümü ilə bağlı öz mövqeyini bildirən rusiyalı akademik, Rusiya Yazıçılar Birliyinin üzvü, "Qarabağın qanlı qasırğası" adlı kitabın müəllifi Yuri Pompeyev deyirdi ki, "Nəinki Azərbaycan mədəniyyətinin beşiyi Şuşanın, həmçinin bütün Qarabağın azad edilməsinin vaxtı çoxdan çatıb... Şuşa Azərbaycan xalqının mədəniyyət nüvəsidir. Məhz, buna görə o zaman Qarabağ separatistləri bu şəhəri tutmaq üçün yaxalarını cırırdılar. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və düşünürəm ki, Azərbaycan torpağında sülh dağlar arxasında deyil".
Sözsüz ki, sülh dağlar arxasında deyil, dağın Azərbaycana tərəf olan lap ətəyindədir, amma dağ sənə tərəf gəlmədikdə, gərək sən dağa tərəf getməyi bacarasan.
P.S. Primakovdan fərqli olaraq Bakıda məhz Pompeyev kimilərə sərgi açılmalıdır və güman edirəm ki, onun həyat və yaradıcılığından bəhs edilən esse müsabiqəsində elə mən özüm qalib olardım...
Modern.az
Baxış sayı: 849
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib