Bütün xəbərlər
Soçidə Ukrayna Silahlı Qüvvələrinin hücumunda həlak olanların ailələrinə hər birinə 500 min rubl veriləcək
Tarix: 30-07-2025 16:18 | Bölmə: Siyasət

Soçidə iyulun 24-də pilotsuz təyyarənin hücumu nəticəsində zərər çəkmiş şəxslərə təzminat ödənişləri verilməyə başlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölənlərin ailələrinə hər birinə 500 min rubl, ağır yaralananlara 200 min, yüngül xəsarət alanlara isə 50 min rubl veriləcək. Bu barədə Soçi administrasiyasının rəhbəri Andrey Proşunin öz Teleqram kanalında məlumat verib.
Ödənişləri almaq üçün ərizə təqdim etməlisiniz. Adler rayon rəhbərliyi sənədlərin toplanması, bərpası və lazımi sənədlərin hazırlanmasında köməklik göstərəcək.
Fövqəladə vəziyyətdən dərhal sonra Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Soçi sakinlərinə bütün lazımi yardımların göstəriləcəyini açıqlayıb.
Xatırladaq ki, iyulun 24-nə keçən gecə Soçiyə pilotsuz təyyarənin hücumu olub, iki qadın ölüb, 13 nəfər yaralanıb, dördü isə xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər