Bütün xəbərlər
Ər-arvad təxribat hazırladıqlarına görə mühakimə olunub
Tarix: 31-07-2025 11:39 | Bölmə: Karusel

Moskva Şəhər Məhkəməsi ər və arvad olan iki Rusiya vətəndaşını dövlətə xəyanətdə təqsirli bilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya FSB məlumat yayıb.
Bildirilir ki, ər və arvad hüquq-mühafizə orqanlarının əməkdaşları, hakimlər və hərbi komissarlar haqqında məlumat toplayıb Ukrayna xüsusi xidmət orqanlarına ötürdükləri üçün 15 və 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
“2024-cü ilin mayında Qələbə günü ərəfəsində əldəqayırma yandırıcı vasitələrdən istifadə etməklə yandırma təşkil etməklə onlar Moskvanın potensial təhlükəli obyektlərində təxribat törətmək, sonra isə Ukraynaya qaçmaq niyyətində olublar”, - agentliyin bəyanatında deyilir.
Məhkumlar 2024-cü ilin yazında saxlanılıb.
Bundan əvvəl Rusiya FTX-si Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rostov-na-Donuda Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinə qarşı terror aktı hazırlamaqda şübhəli bilinən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşını saxlayıb.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb