08:59 / 29-07-2025
Zəlzələ qeydə alınıb
08:50 / 29-07-2025
İki uşaq çayda batıb
Bütün xəbərlər
Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir
Tarix: 29-07-2025 23:23 | Bölmə: Gündəm

                  ermenistan-prezidenti-zengezur-dehlizinin-acilmasini-isteyir



“Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu gün Sünikdə keçirilən müşavirədə deyib.
“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları (Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi – red) nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək”.
Sülh yollarının kəsişməsini beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını bildirən Xaçaturyan qeyd edib ki, bu, hər kəs üçün çox cəlbedicidir:
“Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər