15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlara öz nümayəndə heyətini göndərə bilər
Tarix: 22-07-2025 23:38 | Bölmə: Manşet

Türkiyə Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının rəhbərləri Hakan Fidan və İbrahim Kalın Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edə bilərlər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti proseslə tanış olan yüksək rütbəli türk məmuruna istinadən məlumat yayıb.
Rusiya-Türkiyə danışıqlarının üçüncü raundu bu həftəyə planlaşdırılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşdə tərəflər memorandum layihələri ilə bağlı fikirlərini müzakirə edəcəklər.
“Yüksək ehtimalla Türkiyə nümayəndə heyətinin tərkibi əvvəlki danışıqlarda olduğu kimi olacaq: Türkiyə diplomatiyası, kəşfiyyatı rəhbərlərinin və hərbi idarənin yüksək rütbəli nümayəndəsinin iştirakı ilə”, - agentlik mənbədən sitat gətirir.
Artıq Rusiya və Ukrayna tərəfləri arasında danışıqların iki raundu keçirilib. Onlar da İstanbulda keçirilib. Görüşlər əsirlərin mübadiləsi, eləcə də ölən Ukrayna əsgərlərinin cəsədlərinin Moskva tərəfindən Kiyev rejiminə təhvil verilməsi ilə nəticələnib. Bundan əlavə, tərəflər Ukrayna münaqişəsinin nizamlanmasına dair memorandum layihələri mübadiləsi aparıblar.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər