Bütün xəbərlər
Medvedev Laos Prezidenti Sisulit ilə görüş keçirib
Tarix: 30-07-2025 19:08 | Bölmə: Siyasət

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Laos Prezidenti Thongloun Sisulit ilə görüş keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sədr müavini özünün VKontakte səhifəsində məlumat verib.
Danışıqlar zamanı tərəflər dövlətlər arasında strateji tərəfdaşlığın inkişafına sadiq olduqlarını təsdiqləyiblər.
"Biz ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndiririk. Biz ticarət-iqtisadi əməkdaşlığın inkişafına, hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, humanitar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiririk", - Medvedev qeyd edib.
O, görüşün mühüm nəticəsinin seçki neokolonializminə qarşı mübarizə və siyasi suverenliyin möhkəmləndirilməsi ilə bağlı birgə bəyanatın imzalanması olduğunu vurğulayıb.
Bundan əlavə, Medvedev ikitərəfli əlaqələrin möhkəmləndirilməsində hakim partiyalar - Vahid Rusiya və LPRL arasında qarşılıqlı fəaliyyətin xüsusi roluna diqqət çəkib.
Tərəflər, həmçinin BMT Baş Assambleyası tərəfindən “Bütün formalarda və təzahürlərdə müstəmləkəçiliyin kökünün kəsilməsi” adlı qətnamənin qəbul edilməsini dövlətlərin suverenliyinin qorunması istiqamətində mühüm addım kimi qeyd ediblər.
İyulun 31-də Laos prezidenti ilə Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcəyi daha əvvəl bildirilmişdi.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər