Bütün xəbərlər
Ukrayna hökuməti gənclərin cəbhəyə göndərilməsi proqramını genişləndirib
Tarix: 30-07-2025 19:27 | Bölmə: Karusel

Ukrayna hökuməti 18-24 yaş arası vətəndaşların Ukrayna Silahlı Qüvvələrinə müqavilə əsasında cəlb edilməsi proqramını genişləndirmək qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Denis Şmıxal öz Telegram-kanalında məlumat verib.
Yeni qaydalara əsasən, Ukrayna ordusunun sıralarına indi iki il xidmət etməli olan pilotsuz təyyarə operatorları işə götürülür.
"Hökumət proqramın ayrıca bölməsini - Ukrayna Silahlı Qüvvələrində, Milli Qvardiyada və Dövlət Sərhəd Xidmətində xidmət edəcək pilotsuz uçuş aparatları operatorları üçün müqaviləni işə salmaq qərarına gəlib", - nazir qeyd edib.
Bir gün əvvəl məlum olub ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski 60 yaşdan yuxarı, yəni pensiya yaşına çatmış kişilər üçün Ukrayna Silahlı Qüvvələrində müqaviləli xidmət haqqında qanun imzalayıb.
Hazırda Ukraynada pensiya yaşı iş təcrübəsindən asılı olaraq 60-65 yaş arasındadır.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər