Bütün xəbərlər
Putin: "2030-cu ilə qədər altı yeni nüvə sualtı qayığının inşası planlaşdırılır"
Tarix: 24-07-2025 19:07 | Bölmə: Manşet

“Sevmaş” gəmiqayırma zavodunda 2030-cu ilə qədər altı yeni nüvə sualtı qayığının inşası planlaşdırılır.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Knyaz Pojarski” nüvə sualtı raketdaşıyıcısında bayraq qaldırma mərasimi zamanı bildirib. Onun sözlərini “Rossiya 24” telekanalı yayıb.
Dövlət başçısının da qeyd etdiyi kimi, ritmik və sistemli iş sənaye müəssisələrinin iqtisadi dayanıqlığını artıracaq.
"Beləliklə, təkcə burada, Sevmaşda 2030-cu ilə qədər altı yeni nüvə sualtı qayığının inşası planlaşdırılır", - Putin bildirib.
Dövlət başçısı vurğulayıb ki, Rusiya gəmiqayırma zavodlarında 70-dən çox gəmi müxtəlif hazırlıq mərhələsindədir. Putin müasir Hərbi Dəniz Qüvvələrinin yaradılması planlarını tam şəkildə həyata keçirəcəyinə söz verib.
Bundan əvvəl Putinin Arxangelsk vilayətinə işgüzar səfərinin proqramını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.Səfər çərçivəsində dövlət başçısı vilayətin qubernatoru Aleksandr Tsıbulski ilə ayrıca görüş keçirmək niyyətindədir.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər