Bütün xəbərlər
ABŞ-da təyyarənin turbulentliyə məruz qalması nəticəsində 25 sərnişin xəstəxanaya yerləşdirilib
Tarix: 31-07-2025 11:41 | Bölmə: Dünya

Solt-Leyk Sitidən Amsterdama uçan Airbus təyyarəsi ABŞ-da güclü turbulentlik zonasına düşüb, 25 nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Delta Air Lines məlumat yayıb.
Hadisə iyulun 30-da baş verib. Xəbərdə qeyd edilir ki, xəsarət alan sərnişinlər səbəbindən pilot Minneapolis-Saint Paul beynəlxalq hava limanında təcili eniş etmək məcburiyyətində qalıb. Orada sərnişinlər həkim briqadaları tərəfindən qarşılanıb, zərərçəkənlər müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
CBS News-in məlumatına görə, təyyarənin göyərtəsində 275 sərnişin və 13 ekipaj üzvü olub.
Bundan əvvəl ABŞ-a məxsus "F-35" qırıcısının Kaliforniyadakı Lemur Hərbi Dəniz Hava Stansiyasında qəzaya uğradığı bildirilirdi.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər