01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
“İctimai nəqliyyatda subsidiyalaşmaya ehtiyac var” - “Xaliq Faiqoğlu”nun rəhbəri
Tarix: 31-07-2025 11:27 | Bölmə: Sosial
Uzun illərdir Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən və bu sahədə ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri Faiq Seyidov mətbuata müsahibə verib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən həmin müsahibəni təqdim edir.
- Faiq müəllim, fəaliyyət göstərdiyiniz sahədə şirkətinizin mövqeyi barədə məlumat verərdiniz...
- “Xaliq Faiqoğlu” şirkəti hazırda Bakıda və paytaxt ətrafında xidmət göstərən ən böyük özəl sərnişindaşıma şirkəti olaraq bu sahədə 20 ildən çox uğurlu yol keçib. 2015-ci ildə Dövlətimiz tərəfindən qurularaq maliyyələşdirilən və hazırda ölkəmizin ən böyük sərnişindaşıma operatoru ilə yanaşı bu fəaliyyəti müasir tələblər səviyyəsində həyata keçirən 2 şirkətdən biriyik. Hazırda şirkətimiz gündəlik təxminən 300 minə yaxın sərnişinə xidmət göstərir. “Xaliq Faiqoğlu” fəaliyyətini qanunvericiliyin tələblərinə və müasir keyfiyyət standartlarına uyğun həyata keçirilməsi üçün müvafiq infrastruktura malikdir. Son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlər ictimai nəqliyyatın inkişafında böyük rol oynayıb. İki il əvvəl ləğv edilən Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq AYNA öz üzərində daim çalışan özəl daşıyıcı şirkətlərin inkişafına dəstək verməkdədir.
- Sizin əvvəlki müsahibənizdə, daha sonra yaydığınız bir sıra məlumatlarda sərnişindaşıma sahəsinin əslində zərərlə işlədiyini və bu sahənin maliyyələşdirilməsində yeni prinsiplərin tətbiqinin zəruriliyinə toxunmusunuz. Hazırda vəziyyət necədir?
- Bu sahə əksər ölkələrdə sosial paketin tərkib hissəsi olaraq subsidiyalaşdırılır, bir sıra ölkələrin böyük şəhərlərində isə tariflər bazar prinsipləri ilə formalaşır. Ölkəmizdə sosial dövlət prinsiplərini əsas götürülərək sərnişindaşıma tarifləri dövlət tərəfindən tənzimlənir və təbii ki, müəyyən edilmiş tariflər bizim üçün nəinki mənfəət təmin etmir, investisiya xərclərini ödəməyə də imkan vermir, heç əməliyyat xərclərini belə tam şəkildə ödəmək mümkün deyil. Bu yanaşma, təbii olaraq, sahənin subsidiyalaşmasının vacibliyini bildirir. Məsələn, Bakı Metropoliteninə münasibətdə maliyyə kəsirinin maliyyələşdirilməsi formasında dotasiyalar tətbiq edilməkdədir. Avtobusla sərnişindaşıma sahəsində dövlət operatorunun investisiya xərclərinə, qaraj infrastrukturu və əməliyyat xərclərinə də dövlət tərəfindən mütamadi olaraq maliyyə dəstəyi verilir. Bu fəaliyyəti eyni standartlar səviyyəsində həyata keçirən “Xaliq Faiqoğlu” isə fəaliyyəti dövründə həm investisiya, həm də əməliyyat xərclərinin ödənilməsini cəlb edilmiş kreditlər hesabına həyata keçirmək məcburiyyəti qarşısında qalmışdır. Onu da vurğulayım ki, “PAŞA Bank” şirkətimizə son 4 il ərzində 50 milyon manat kredit limitləri açmışdır və bunun hesabına hazırda normal fəaliyyətimizi təmin etmişik, avtobus parkımızı böyük ölçüdə yeniləmiş, müasir çağırışların tələbinə uyğunlaşmışıq. “PAŞA Bank”a indiyədək göstərdikləri anlayışa və daim verdikləri dəstəyə görə xüsusi təşəkkür düşür. Həmçinin rəhbərlik etdiyim “SAFA Holding”ə daxil olan digər şirkətlərin maliyyə imkanlarından böyük ölçüdə “Xaliq Faiqoğlu”nun ayaqda saxlanılmasına yönəltmişik ki, bu da bu gün sektorda mövqeyimizi qorumaq baxımından çox böyük rol oynayıb.
- Kreditlər hesabına böyük bir şirkəti nə vaxta kimi ayaqda saxlamaq mümkündür?
- Uzun illər qeyd olunan şəraitdəki faəliyyət “Xaliq Faiqoğlu” şirkətinin maliyyə durumuna ciddi təsir etmişdir. Sizə son beş il ərzində “Xaliq Faiqoğlu” MMC-nin fəaliyyətinin maliyyə nəticələri, yəni zərər barəsində məlumat verə bilərəm. Bu rəqəmlər müstəqil audit nəticəsində müəyyən edilmişdir. Belə ki, 2021-ci ildə xalis zərərimiz 5,259,699 manat, 2022-ci ildə 3,102,704 manat, 2023-cü ildə 3,571,842 manat, 2024-cü ildə 3,894,350 manat olmuşdur. 2025-ci ildə də 2024-cü ilin göstəricisindən bir qədər yüksək rəqəmin ortaya çıxacağını proqnozlaşdırırıq. Onu da xüsusi vurğulayım ki, ictimai nəqliyyatla bağlı, xüsusilə avtobus parkının yenilənməsinə münasibətdə sanki bir qeyri-müəyyənlik və ayrı-seçkilik mövcuddur. Belə ki, 2020-ci ildən başlayaraq ətraf mühiti daha az çirkləndirən CNG mühərrikli avtobusların ölkəyə idxalının təşviqinə başlanıldı və həmin nəqliyyat vasitələri gömrük rüsumundan azad edildi. Lakin 01.01.2025-ci il tarixindən güzəşt müddəti başa çatdı. Məntiqlə hazırda elektrik mühərrikli avtobuslar rüsumdan azad edilməli, şəhərimizin avtobus parkının yenilənməsi sürətlənməli idi. Lakin hazırda biz əks münasibəti görürük və elektrikli avtobuslara ƏDV-nin də tətbiq edilməsi maliyyə yükümüzü artırmaqla vəziyyətimizi daha da ağırlaşdırır. Onuda qeyd edim ki dövlət rəsmiləri tərəfindən Baki şəhərində icrtimai neqliyyatda istismar edilən avtobusların 2030-cu ilədək elektirik avtobusları ilə yenilənməsinə dair dəfələrlə açıqlamalar verilib. Belə olan halda avtobusların idxal zamanı vergiyə cəlb edilməsi anlaşılan deyil.
- Bu qədər zərərlilik şərtləri daxilində fəaliyyətinizi necə davam etdirə bilirsiniz?
- Qeyd olunan şəraitdə hazırda şirkətin fəaliyyəti son illəri ərzində tərəfdaşlarına kifayət qədər yüksək məbləğdə kreditor borcları yaradıb ki, bu da həmin şirkətlərlə əməkdaşlığın davam etdirilməsini qeyri mümkün etməkdədir. Şirkət fəaliyyətinin zəruri subsidiyalaşmaması ilə bağlı qeyd olunan məhdudiyyətlərlə yanaşı, qeyri-sağlam rəqabət şəraiti ilə üz üzədir. Belə ki, 10 ildən artıq vaxtdır ki, davam edən avtobus xətlərinin elektron ödəniş sisteminə keçməsi davam edir. Şirkətimiz bu prosesi ilk başa çatdıran özəl daşıyıcı şirkət olmuşdur. Lakin geridə qalan illərdə başqa xətlərin fərqli prinsiplərlə fəaliyyət göstərməsi kartla işləyən daşıyıcı kimi bizə həddindən artıq böyük zərər vurmuş, sərnişin kütləmizi kəskin azaltmışdır. Bir çox hallarda qanunsuz sərnişindaşıma fəaliyyət göstərən avtobus və mikroavtobuslar fəaliyyətimizə ciddi maneələr yaradır. Hazırda həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün çəkilən xüsusi zolaqlardan, misal olaraq Bakı-Sumqayıt yolundakı zolaqdan maneəsiz istifadə edirlər. Bu hallar qanunsuz sərnişindaşımanı stimullaşdırmaqla fəaliyyətimizə ciddi maneə törədir. Qanunsuz daşımalar həyata keçirən nəqliyyat vasitələri ilə bağlı sərt tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.
- Sizdən fərqli olaraq digər özəl daşıyıcı şirkətlər zərərliliklə bağlı məlumat yaymırlar, hər hansı etiraz etmələrini də görmürük…
- Bildirmək istəyirəm ki fəaliyyət göstərdiyimiz sahədə qeyri sağlam mühit özünü müxtəlif formalarda göstərir. Belə ki, fəaliyyətini bütün mövcud tələblər şəraitində (qaraj infrastrukturu, avtobus parkı, sürücü standartları, nağdsız ödəniş sistemi və s.) göstərən “Xaliq Faiqoğlu” şirkəti öz fəaliyyətini bu sahədə heç bir tələblərə riayət etməyən digər özəl şirkətlərlə eyni statusda davam etdirir. Məsələn, müasir çağırışlara adekvat çevik reaksiya göstərərək elektrik mühərrikli avtobuslar alıb istismarında olan marşrut xəttlərinə buraxaraq şəhərin “yaşıl” imicinə önəmli tövhə verən şirkət bu avtobusların elektrik təchizatını “BakuBus”dan 2 dəfədən artıq tariflə həyata keçirməkdədir. Yəni biz bütün müasir çağırışlara vaxtında qoşularaq bu yeniliklərlə ayaqlaşmağa çalışırıq. Bunu edərkən isə heç bir güzəşt almamaqla yanaşı, daha yüksək vergilər və tariflərlə qarşılaşırıq. Bütün bu ciddi məhdudiyyətlərə baxmayaraq “Xaliq Faiqoğlu” şirkəti fəaliyyəti dövründə nümunəvi özəl şirkət statusunu qazanmış, bu sahədə müasir dövlət çağırışlarına həmişə adekvat reaksiya nümayiş etdirmiş, sosial məsuliyyətini dövlət tədbirlərində nəqliyyat operatoru kimi iştirakını layiqincə icra etmişdir. Şirkətimiz iri vergi ödəyicisidir və tərəfimizdən son 4 il ərzində 18 milyon manata yaxın vergi dövlət büdcəsinə ödənilmişdir.
- Elektrik avtobuslarından söz düşmüşkən, avtobus parkınızı yeniləyərkən hansı növ nəqliyyat vasitələrinə üstünlük verəcəksiniz?
- Yuxarıda qeyd etdiyim kimi “PAŞA Bank” avtobus parkımızın yenilənməsi ilə bağlı həyata keçirdiyimiz layihələrə hər zaman dəstək verib və hazırda da bu dəstəyi davam etdirir. Ümumiyyətlə son illərdə idxal etdiyimiz bütün avtobuslar ən müasir tələblərə cavab verən CNG və elektrik növlü nəqliyyat vasitələridir. Bildirmək isteyirem ki, 2025 ci il erzində olan layihəmiz 114 ədəd ekologi temiz avtobusların alışına dair istehsalçı şirkətlə muqavilələr imzalnmış və artıq hemin avtobuslarin bir hissəsi tam istehsal olub, yaxın zamanda olkəmizə gətirməsi istiqamətində işlər görülür. Həmin nəqliyyat vasitələrindən 64 ədədi CNG, 50 ədədi isə elektrik növlüdür. Bir neçə ay əvvəl qeyd etdiyim 50 elektrik mühərrikli avtobusların artıq 5 ədədini test rejimində Bakı şəhərinə gətirərək sərnişinlərimizin ixtiyarına verdik və bunu edən ilk və yeganə özəl daşıyıcı şirkətik. Lakin 1 yanvar 2025-ci il tarixindən elektrik avtobuslarına ƏDV tətbiq edilməsi işimizi çox çətinləşdirib və çıxılmaz vəziyyətə salıb. İstehsalçı ilə müqaviləni imzaladığımız dövrdə həmin avtobuslar vergidən azad idi. İndi isə külli miqdarda əlavə ödənişlə üzüzəyik və bununla bağlı olaraq da aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlamışıq.
- Bundan sonrakı mərhələdə hansı addımlar atmağı düşünürsünüz?
- Şirkətin hazırkı maliyyə durumu eyni səviyyədə fəliyyətinin davam etdirilməsini mümkünsüz edir. Bu vəziyyətdə düşünürəm iki vacib addım şirkətin maliyyə durumunun qismən də olsa sağlamlaşdıra bilər. Qeyd edim ki 2 ildən artıq müddətdir ki, müntəzəm marşrut xətləri üzrə brutto müqavilələrin bağlanması ideyası ətrafında müzakirələr aparılır və buna hazırlıq gedirdi. Həmin müqavilələrin əsas prinsipi ondan ibarət idi ki, marşrut xətləri üzrə avtobusların qət etdiyi məsafəyə yəni hər kilometrə görə operatorlara hesablanmış zəruri məbləğdə ödənişlər ediləcəkdi. Həmçinin xidmət göstərən avtobusun keyfiyyət ölçüləri, buraxılış ili, emissiyası və növündən aslı olmayaraq digər AVRO-5, AVRO-6 standartları da nəzərə alınacaqdı ki, bu da bizim və bütün sərnişinlərin mənafeyinə uyğun olmaqla sektorun sağlamlaşdırılması baxımından çox effektli adım olardı. Halhazırda həmin ideya ilə bağlı hər hansı addım atılmadığını görürük, lakin müzakirələr davam edir. Düşünürəm ki, hazırki vəziyyətdə şirkətin sərnişindaşıma fəaliyyəti nəticəsində və bizdən asılı olmayan yuxarıda qeyd edilən səbəblər nəticəsində yaranmış kreditor borclarının müəyyən qisminin, heç olmasa yarısının dövlət tərəfindən subsidiyalaşdırılması bizim üçün məqbul çıxış yollarından biri olardı. Bu sahədə dayanıqlı maliyyə modeli qurulanadək şirkət fəaliyyətinin davam etdirilməsi üçün subsidiyanın ayrılması çevik (aylıq nəticələrə uyğun) subsidiyalaşma mexanizminin tətbiqi) müstəqil auditin keçirilməsi əsasında maliyyə kəsirinin subsidiyalaşdırılması və ya daşınan sərnişin sayına müvafiq xərclərin bir qisminin subsidiyalaşdırılması əsasında reallaşdırıla bilər. Müxtəlif maliyyə institutları ilə birgə apardığımız araşdırmaya görə hər bir daşınan sərnişinə görə zəruri subsidiya məbləği olmalıdır. Fikrimi ümumiləşdirərək deyə bilərəm ki, şirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün yuxarıda irəli sürdüyüm təkliflər: məsafəyə və ya sərnişin sayına uyğun ödəniş mexanizminin tətbiqi mümkündür və bir çox ölkələrdə, eləcə də qardaş ölkə Türkiyədə bu metodlar uğurla tətbiq edilməkdədir. Zəruri dövlət dəstəyinin göstəriləcəyi halda şirkətimiz bundan sonra da bu zəngin təcrübəsi əsasında fəaliyyətini eyni səviyyədə və daha keyfiyyətlə davam etdirəcəkdir.
Baxış sayı: 459
Bölməyə aid digər xəbərlər

Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi