21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Futbolçu Fayzullaev ÇSKA-dan "İstanbul Başakşehir"ə keçib
Tarix: 30-07-2025 19:39 | Bölmə: Manşet

ÇSKA Moskvanın cinah oyunçusu Abbosbek Fayzullaev karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı özbək futbolçu "İstanbul Başakşehir" komandası ilə müqavilə imzalayıb.
Türkiyə komandasının mətbuat xidmətindən verilən məlumata görə, hücumçu ilə müqavilə 5 illikdir.
Sövdələşmənin maliyyə detalları açıqlanmır. "Transfermarkt" portalının məlumatına görə, Moskva klubu futbolçunun satışından ən azı 7,5 milyon avro qazanıb.
Fayzullaev 2023-cü ilin yayında "Paxtakor"dan köçərək ÇSKA-nın futbolçusu olub. Moskva komandasının tərkibində Abbosbek bütün turnirlərdə 72 oyunda iştirak edib, 8 qol vurub və 22 məhsuldar ötürmə verib. Futbolçunun Özbəkistan millisinin heyətində də 27 matçı və 8 qolu var.
Çərşənbə günü, iyulun 30-da ÇSKA argentinalı Lionel Verdenin "Union Santa Fe"dən icarəyə götürüldüyünü elan etdi.



Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər