Bütün xəbərlər
Tramp həyat yoldaşının Putinə rəğbət bəslədiyini deyib
Tarix: 30-07-2025 16:15 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində həyat yoldaşı Melaniya Trampın Rusiya lideri Vladimir Putinə müsbət münasibət bəslədiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp jurnalist Miranda Devine ilə söhbətində ABŞ-ın birinci xanımının Rusiya prezidentinə münasibətindən danışıb.
"Biz Putini tanıyırıq və o, ondan xoşlanır", - Amerika lideri deyib.
Bundan əvvəl Tramp birinci xanımın Ukrayna məsələsində neytral mövqeyini qeyd edib. Onun sözlərinə görə, Melaniya qan tökülməsinə və ölümlərə son qoyulmasının tərəfdarıdır. Eyni zamanda bəzi nəşrlər Trampın həyat yoldaşının prezidentin Rusiya ilə münasibətlərdə strategiyasını dəyişmək qərarına təsir göstərə biləcəyini yazıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər