23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Vüqar Rəhimzadə: "Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır"
Tarix: 31-07-2025 11:19 | Bölmə: Gündəm

Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan hər bir əlamətdar tarixi, günü Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hər bir qərarı, imzaladığı hər bir Fərman və Sərəncam bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkib hissəsidir. Nəzərə alsaq ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə mühüm çağırışlar sırasında olub, bu halda onun əsas tərkib hissələrindən olan dilimizin qorunmasına yönələn addımların əhəmiyyətinin daha aydın şəkildə özünü nümayiş etdirdiyini görə bilərik. Məlum olduğu kimi, hər il 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən təsis edilib. Bu Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq imzalanıb. Ümumilikdə, Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərdi. 1978-ci il aprelin 2-də IX çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. Hakimiyyətinin hər iki dövründə Ulu Öndərin ana dili siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Ümummilli Lider Azərbaycan dilinin inkişaf etdirilməsini və saflığının qorunmasını qarşıya əsas məsələ kimi qoydu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili Ulu Öndər Heydər Əliyevin “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir” fikirlərini önə çəkərək qeyd edib ki, Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirdi. Bu siyasət, eyni zamanda, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırladı.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dili dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi, dahi rəhbərin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında özünün aydın ifadəsini tapdı. Onun artıq dillər əzbəri olan “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Ulu Öndərin dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar bütün dövrlərdə yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amil oldu. Ümummilli Lider bildirirdi ki, xalqı xalq, milləti millət edən onun ana dilidir.
Milli Məclisin deputatı bildirib ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin “Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” fikirləri Ulu Öndər Heydər Əliyevin dilimizə qayğısının aydın ifadəsini yaradır. Ümummilli Liderin ana dilimizin qorunması istiqamətində atdığı addımlar bu gün də uğurla davam etdirilir.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. 2004-cü ildə, eyni zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam imzalandı. 2007-ci ildə imzalanan “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında» Sərəncam ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini gerçəkləşdirdi. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik sahəsində araşdırmaların yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçilik sahəsinin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində imzaladığı sənədlər sırasında 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı xüsusi qeyd edib. Bildirib ki, ümumiyyətlə, ölkəmizdə dövlət dili daim diqqət mərkəzindədir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdı.
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi olan tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda qarşımızda mühüm çağırışlar dayanır. Gənclərimiz hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidirlər.
Baxış sayı: 1 772
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib