Bütün xəbərlər
BMT Kamçatkadakı zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım təklif edib
Tarix: 30-07-2025 21:10 | Bölmə: Dünya

Birləşmiş Millətlər Təşkilatı (BMT) Kamçatka sahillərində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Rusiyaya dəstək verməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
8,7-8,8 bal gücündə zəlzələ iyulun 30-da səhər saatlarında baş verib və 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub. Əsas təkandan sonra 5 bal gücündə silsilə afterşoklar qeydə alınıb. Bundan əlavə, seysmik aktivlikdən sonra Klyuchevskoy vulkanı püskürməyə başlayıb.
Zəlzələlər Sakit okean regionunda sunami təhlükəsi yaradıb və Yaponiya, ABŞ və Filippin hakimiyyət orqanları bu barədə xəbərdarlıq ediblər. BMT-nin ilkin məlumatına görə, Rusiyadan kənarda ciddi dağıntı qeydə alınmayıb.
“Rusiyanın şərq sahillərində son onilliklərdə regionda ən güclü zəlzələlərdən biri olan güclü zəlzələ sunami xəbərdarlığına səbəb olub... Yardıma ehtiyac olarsa, (nəticələri aradan qaldırmaq üçün) istənilən cavab səylərini dəstəkləməyə hazırıq”, - deyə, Haq brifinqdə bildirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Kamçatkada yüksək hazırlıq rejimi tətbiq edilib, Saxalin vilayətinin Severo-Kurilski rayonunda isə fövqəladə vəziyyət elan edilib. Qeyd olunur ki, yaxın 24 saat ərzində Kamçatka bölgəsində güclü təkanlar və dalğalar təkrarlana bilər.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər