Bütün xəbərlər
"Əl-Cəzirə": İsrail ordusu Qəzza zolağına zərbələr endirir
Tarix: 28-10-2025 22:47 | Bölmə: Dünya

"Əl-Cəzirə" xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına zərbələr endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, raketlərdən biri əl-Şifa xəstəxanasının yaxınlığına düşüb.
Xəbərdə deyilir: "İsrail ordusu Qəzza şəhərində bir neçə hədəfə zərbə endirib. Bir raket əsas binalardan birinin yaxınlığında, təmir edilmiş və yenidən açılmış əl-Şifa xəstəxanasının arxasına düşüb".
28 oktyabrda İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına böyük zərbələr endirilməsi əmrini verib. Onun qərarının səbəbləri məlum deyil.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər