Bütün xəbərlər
Taker Karlson Vladimir Putinin dünyanın ən populyar lideri olduğuna inanır
Tarix: 27-10-2025 19:04 | Bölmə: Siyasət

Amerikalı jurnalist Taker Karlson RTVI-yə verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin dünya lideri arasında ən populyar olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Karlsonun sözlərinə görə, Putin böyük fərqlə öndədir. Jurnalist qeyd edib ki, bunu çox səyahət etdiyi üçün bilir.
O, Rusiya prezidentini "qlobal məşhur" ilə müqayisə edib.
"Tutaq ki, siz Qərbi Avropada, Kanadada, ingilisdilli dünyada, ingilisdilli dünyanın xaricində, Asiyada, Yaxın Şərqdə, Şərqi Avropadasınız. Putini sevməyən heç kimlə qarşılaşa bilməzsiniz", - deyə, jurnalist bildirib.
O, hesab edir ki, Putin Qərb liderlərindən ölkəsinin maraqlarını öz maraqlarından üstün tutması ilə fərqlənir və bu, onun populyarlığının səbəbidir.
Sentyabr ayında amerikalı jurnalist Rusiya prezidentini indiyə qədər rastlaşdığı ən təsirli və səmərəli lider adlandırıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər