Bütün xəbərlər
Polşa artilleriya mərmiləri istehsal etmək üçün üç fabrik tikir
Tarix: 27-10-2025 23:50 | Bölmə: Dünya

Polşa iri çaplı sursat və artilleriya mərmiləri istehsal etmək üçün üç fabrik tikir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Polşanın Dövlət Aktivləri Nazirinin müavini Konrad Qolotanın sözlərinə görə, onlar təxminən iki il yarım ərzində fəaliyyətə başlayacaqlar.
RMF FM radiosunda çıxış edən o, 2016-cı ildən 2022-ci ilə qədər yerli istehsalın ildə orta hesabla 5000 ədəd olduğunu bildirib.
"Biz ildə 150.000-180.000 ədəd istehsal gücünə çatmalı olan üç sursat fabriki tikirik. Bu, istehsalın 30-35 dəfə artmasıdır", - deyə, nazir müavini bildirib.
O, Polşanın xarici təchizatdan asılı olmayan bir istehsal müəssisəsi yaratmaq niyyətində olduğunu vurğulayıb.Bunun üçün lazımi texnologiya alınıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər