Bütün xəbərlər
"Real Zaragoza" 15 yaşlı akademiya oyunçusunun ölümünü elan etdi
Tarix: 28-10-2025 11:32 | Bölmə: Digər

"Real Zaragoza" akademiya oyunçusu Xorxe Kasado 15 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, komanda bu barədə öz saytında məlumat verib.
Ölüm səbəbi dəqiqləşdirilməyib.
"Biz, "Real Zaragoza", onun itkisinə dərin hüznlə yas tutur və Xorxenin ailəsinin və yaxınlarının böyük kədərini bölüşürük. Klub bu çətin dövrdə bütün sevgimizi və dəstəyimizi çatdırır. Rahat yatsın", - deyə, açıqlamada bildirilir.
Kasado 12 yaşında gənclər akademiyasına qoşulub. "Zaragoza"nın böyüklər komandası onun xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün meydana çıxacaq və matəm elan edildiyi üçün planlaşdırılan məşq sessiyası ləğv ediləcək.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər