Bütün xəbərlər
"Bloomberg": Britaniya Ukraynaya qoşun göndərməyi planlaşdırır
Tarix: 28-10-2025 22:06 | Bölmə: Dünya

"Bloomberg" xəbər verir ki, Böyük Britaniya Ukraynada qoşunlarının yeni genişmiqyaslı yerləşdirilməsini planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, Britaniyanın müdafiə naziri Con Heli 100 milyon funt sterlinqdən xeyli çox dəyərində yardım paketinin hazırlandığını açıqlayıb. Bu vəsait sülh razılaşması əldə ediləcəyi təqdirdə Britaniya qoşunlarının və avadanlıqlarının Ukraynaya yerləşdirilməsinin ilkin xərclərini ödəmək üçün nəzərdə tutulub.
Qeyd olunur ki, Britaniya əsgərləri Ukrayna qoşunlarını cəbhə xəttindən uzaqda təlim keçirəcək, Britaniya donanması və hava qüvvələri isə hava məkanına və dəniz yollarına nəzarətdə dəstək verəcək.
Bundan əvvəl Britaniya Baş Qərargahının keçmiş rəisi Devid Riçards Kiyevin Rusiyanı hərbi cəhətdən məğlub edə bilməyəcəyini bildirmişdi. O, Qərbin mübarizədə Ukraynanı dəstəklədiyini, lakin ona qalib gəlmək üçün resurslar vermədiyini vurğulamışdı.
Qərb dəfələrlə Ukrayna silahlı qüvvələrinin döyüşdə Rusiya ordusunu üstələyə bilmədiyini etiraf edib. Beləliklə, "The National Interest" qeyd edib ki, Kiyev NATO üzv dövlətlərindən daimi dəstəyə baxmayaraq, Rusiya Ukraynadakı münaqişədə qalib gəlir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər