10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Qənirə Paşayeva Bərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbirdə və həmmüəllifi olduğu kitabın təqdimatında çıxış edib
Tarix: 13-09-2022 22:53 | Bölmə: Ədəbiyyat

Təqdimatda millət vəkili Fatma Yıldırım, qardaş Türkiyədən olan ziyalılar – İstanbulda çıxan “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, Ankaradakı “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Dr. Fatma Sönməz, şəhid ailələri, qazilər, regional idarə üzrə Bərdə, Tərtər, Yevlax rayonlarından, o cümlədən Mingəçevir şəhərindən olan mədəniyyət işçiləri, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, “ASAN könüllüləri”, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllüləri, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tədbirə dəvət olunmuş fəxri qonaqlar iştirak edib. Tədbir başlamazdan öncə komitə sədri Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım və tədbirin bir qrup iştirakçısı Bərdə Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, şəhidlərin məzarı önünə gül dəstələri düzüb. Tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova açaraq qonaqları salamlayıb, XIX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından bəhs edib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əziz Şuşa şəhəri də daxil olmaqla, Qarabağın yalnız Azərbaycan və Türkiyəyə deyil, bütün Türk-İslam dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdırıb: “Bu kitabın Azərbaycanda ilk təqdimatını Nizami Gəncəvinin “Bərdə nə gözəldir, necə qəşəngdir, Yazı da, qışı da güldür, çiçəkdir. İyulda dağlara lalələr səpər, Qışını baharın nəsimi öpər...” deyə öydüyü Bərdədə keçiririk”. Q.Paşayeva vurğulayıb ki, Dos.Dr. Faiq Ələkbərli ilə birgə hazırladığı kitabın Türkiyədə nəşri və ötən ay TÜRKSOY-da, indi isə Bərdə Mədəniyyət Mərkəzində ilk təqdimatı Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairlərinin yaradıcılığına verilən dəyərin ifadəsi olub, hər iki xanımın tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir. Q.Paşayeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı tarixi Zəfər sayəsində indi Şuşa ilə, Qarabağla bağlı tədbirləri qürurla, fərəhlə keçirdiyimizi deyib: “Şuşanın, Qarabağın hər guşəsi bizim üçün dəyərli olduğu kimi tarixi şəxsiyyətlərin, mədəniyyət, sənət xadimlərinin irsi də bizimçün əzizdir”. Komitə sədri Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu illərdə mədəni irsə qarşı vandallıqlardan da söz açıb, Natəvanın, Üzeyir Bəyin, Bülbülün abidələri daxil olmaqla, heykəllərin belə güllələndiyini bildirib. “Əlbəttə, danılmaz həqiqətdir ki, qərinələr öncə Şuşada Xurşidbanu Natəvan, Fatma xanım Kəminə kimi tarixi şəxsiyyətlər yetişibsə, bu Şuşadakı mədəni mühiti, Qarabağda, ümumən Azərbaycanda qadına bəslənən münasibəti göstərir. Biz qürur hissi keçiririk ki, 1918-ci ildə Yaxın Şərqdə ilk, ümumən dünyada ilklərdən biri olaraq qadına seçmək, seçilmək hüququ verən Cümhuriyyət məhz Azərbaycanda qurulub. Və bu təsadüfi olmayıb, bunun tarixi, mədəni əsasları, kökləri olub”. Q.Paşayeva Bərdə Regional Mədəniyyət İdarəsinə, qardaş ölkədən gəlmiş ziyalılara, tədbirə təşrif buyurmuş şəhid ailələrinə, qazilərə, bütün iştirakçılara könül dolusu təşəkkür edib. Tədbirdə millət vəkili Fatma Yıldırım, qardaş Türkiyədən olan ziyalılar –yazıçı-tərcüməçi İmdat Avşar, “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Dr. Fatma Sönməz, sözügedən kitabın həmmüəllifi Dos.Dr. Faiq Ələkbərli çıxış edib. Sonra yerli musiqiçilərin, o cümlədən VIII “MUĞAM” Televiziya Müsabiqəsinin qalibi Fuad Sərxanoğlunun iştirakı ilə maraqlı bədii hissə təşkil olunub. “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də yaradıcılıqlarından örnəklər öz əksini tapıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 mart 2022-ci il tarixdə “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.05.2019-cu il tarixli, 211 saylı Qərarı ilə Xurşidbanu Natəvanın (Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva; 06.08.1832, ŞUŞA – 02.10.1897, ŞUŞA) adı “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı”na daxil edilib.
Sabaha-inamla.az

Baxış sayı: 1 075
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK