Bütün xəbərlər
Putin və Tokayevin Kremldə görüşü başlayıb
Tarix: 11-11-2025 21:25 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş Kremldə başladı.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbirdən görüntülər "Rossiya 24" televiziya kanalında nümayiş etdirilib.
Qazaxıstan Prezidenti 11-12 noyabr tarixlərində Rusiyada dövlət səfərindədir.
Görüşdə Rusiya ilə Qazaxıstanın ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığının müzakirəsi planlaşdırılır və ölkələr arasında əməkdaşlığın bütün sahələrini əhatə edəcək.
Daha əvvəl Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay liderlərin görüşünün qeyri-rəsmi olduğunu açıqlamışdı. 12 noyabrda Rusiya Prezidenti və Qazaxıstan Prezidenti dar və geniş formatlarda da danışıqlar aparacaqlar.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər