Bütün xəbərlər
Qızını tərk etdiyinə görə Taylanddan deportasiya edildikdən sonra saxlanılıb
Tarix: 12-11-2025 20:52 | Bölmə: Cəmiyyət

Vladivostok hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları Taylanddan deportasiya edilən Primorye diyarının sakinini saxlayıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın dörd yaşlı qızını tərk etməkdə şübhəli bilinir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü İrina Volk özünün Telegram kanalında məlumat verib.
Agentliyin məlumatına görə, 2025-ci ilin sentyabr ayında rusiyalı qadın uşağı Banqkokdakı otel otağında nəzarətsiz qoyub qaçıb. Qız nənəsi onu Rusiyaya aparana qədər uşaq baxçasına yerləşdirilib. Bu xəbər geniş ictimaiyyətin diqqətini cəlb edib.
"Vladivostok Arsenyev Beynəlxalq Hava Limanında həmkarlarım Tayland immiqrasiya polisi tərəfindən deportasiya edilən Primorye diyarının sakinini saxlayıblar. Qadın kiçik qızını tərk etməkdə şübhəli bilinir", - deyə, İrina Volk açıqlamasında yazıb.
Qadın dindirilmək üçün polis bölməsinə aparılıb. Uşağın təhlükəyə atılması işi ilə bağlı ilkin araşdırma aparılır. Hadisənin bütün halları müəyyən edilir. Cinayət işinin başlanması barədə qərar qəbul edilir.
Daha əvvəl Banqkokda itkin düşdüyü və sonradan viza pozuntularına görə saxlanıldığı bildirilən Rusiya vətəndaşı Erika Vladykonun Taylanddan Rusiyaya deportasiya edildiyi bildirilmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər