Bütün xəbərlər
Türkiyə Müdafiə Nazirliyi: Gürcüstanda baş verən nəqliyyat təyyarəsinin qəzasında 20 hərbçi həlak olub
Tarix: 12-11-2025 09:15 | Bölmə: Karusel

Türkiyə Müdafiə Nazirliyi Gürcüstanda baş verən təyyarə qəzasında 20 hərbçinin həlak olduğunu bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nazirlik həmçinin ölənlərin siyahısını dərc edib.
11 noyabr çərşənbə axşamı günü Azərbaycandan havaya qalxan Türkiyə Silahlı Qüvvələrinə məxsus "Lockheed C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Türkiyə Gürcüstanla birlikdə axtarış-xilasetmə əməliyyatı aparır. Qəzanın səbəbi araşdırılır.
"Cəsur əsgərlərimiz Gürcüstan-Azərbaycan sərhədində "C-130" hərbi təyyarəsinin qəzasında həlak olublar", - Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər sosial mediada verdiyi açıqlamada bildirib.
O, həmçinin qurbanların ailələrinə başsağlığı verib.
Nazir həmçinin həlak olan 20 hərbçinin adlarını və rütbələrini açıqlayıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər