22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Ukrayna millətçilərini maliyyələşdirən şəxs məhkəmə qarşısına çıxarılacaq
Tarix: 11-11-2025 10:21 | Bölmə: Karusel

Murmansk vilayətinin sakini dövlətə xəyanətdə ittiham olunaraq mühakimə olunacaq, regional prokurorluğun mətbuat xidməti bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müəyyən edildiyinə görə, 1998-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2022 və 2023-cü illərdə Ukrayna millətçilərinə məxsus hesablara bir neçə dəfə pul köçürüb. Cinayətin üstü Murmansk vilayəti üzrə FSB İdarəsinin əməliyyatçıları tərəfindən açılıb.
Bəyanatda deyilir: "Təqsirləndirilən şəxs bank mobil tətbiqindən istifadə edərək bir bank hesabına və Ukrayna millətçi silahlı qrupları üçün vəsait toplamaq üçün istifadə edilən kriptovalyuta hesabına iki dəfə pul köçürməsi edib".
Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Dövlətə xəyanətə görə maksimum cəza ömürlük həbsdir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər