Bütün xəbərlər
Dejan Stankoviç "Spartak Moskva" Futbol Klubunun baş məşqçisi vəzifəsindən ayrılıb
Tarix: 11-11-2025 21:38 | Bölmə: Manşet

Serbiyalı məşqçi Dejan Stankoviç "Spartak Moskva" Futbol Klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Komanda bu barədə məlumat verib.
Məşqçi 2024-cü ilin yayından bəri Moskva klubuna rəhbərlik edir.
"Dejana və köməkçilərinə işlərinə görə təşəkkür edirik və gələcək karyeralarında uğurlar arzulayırıq", - deyə, komandanın veb saytında dərc olunmuş açıqlamada bildirilir.
"Spartak" klubun hazırda Rusiya Premyer Liqasında (RPL) altıncı yerdə olduğunu və bu da rəhbərliyi qane etmədiyini bildirib. Stankoviçlə müzakirələrdən sonra qarşılıqlı razılıq əsasında münasibətlərə xitam verilməsi qərarı verilib.
Qeyd olunur ki, baş məşqçi vəzifəsini icra edən Vadim Romanov moskvalıları qarşıdakı oyunlarında məşq etdirəcək.
Stankoviç 2024/2025 mövsümündən əvvəl komandanı öz üzərinə götürüb. Onun rəhbərliyi altında komanda Rusiya Premyer Liqasında dördüncü yeri tutub.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər