Bütün xəbərlər
Ali Rada üzvü Bezugla Zelenskinin ofis rəhbəri Yermakın istefasını tələb edib
Tarix: 12-11-2025 20:16 | Bölmə: Siyasət

"Xalqın Xidmətçisi" partiyasını təmsil edən Ali Rada üzvü Maryana Bezugla korrupsiya qalmaqalı ilə əlaqədar olaraq Vladimir Zelenskinin ofis rəhbəri Andrey Yermakın istefasını tələb edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Telegram kanalında müvafiq paylaşım edib.
"Bizə lazımdır: Zelenskinin administrasiyasının yeni liderlə yenidən qurulması, Nazirlər Kabinetinin rolunun gücləndirilməsi, bir neçə əsas komitənin yenidən işə salınması ilə yeni parlament koalisiyasının yaradılması, (Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr) Sırskinin istefası və əsl hərbi islahat", - deyə, o, Telegram kanalında korrupsiya qalmaqalını şərh edərkən yazıb.
10 noyabr səhəri Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) nümayəndələri iş adamı Timur Mindiçin evində axtarış aparıblar, lakin o, ölkəni tərk edib. Bildirilir ki, iş adamı FTB-nin çirkli pulların yuyulması ilə bağlı araşdırmasının hədəfinə çevrilə bilər.
11 noyabrda Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) ölkənin enerji sektorunda korrupsiya ilə əlaqəli olduğu iddia edilən cinayətkar qrupun yeddi üzvünü ittiham edib. Daha sonra Energoatom-un baş meneceri Aleksandr Skopiç saxlanılıb, şirkətin təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov isə həbs edilib.
Ukrayna hökuməti həmçinin şirkətin müşahidə şurasını vaxtından əvvəl ləğv edib və Volodimir Zelenski bu qalmaqaldan sonra iki nazirin - energetika naziri Svitlana Qrinçukun və ədliyyə naziri Herman Qaluşçenkonun istefasını tələb edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər