19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
TANRIDAN GƏLƏN SƏSDİ: “QIYMAYIN UŞAQLARA”
Tarix: 01-06-2022 18:01 | Bölmə: Ədəbiyyat

Uşaqlar surəti olan, lakin hələ yazılmamış əsərdir. Əvvəl özləri yaranır, sonra öz dünyalarını yaradır. Həyatın ən unudulmaz və əvəzolunmaz dövrü olan uşaqlıq dünyanın sevinc mənbəyidir. Bu sevinci artıran zəruriyyətlərdən biri də uşaqlar üçün yazılmış əsərlərdir. Uşaqlar üçün ideal hekayə, kitab və ya elm yoxdur. Onların zövqlərinin və fikirlərinin fərqli olduğu üçün oxumaq üçün seçdiyi mövzular da rəngarəngdir. Biz böyüklər uşaqları sevdiyimiz kimi onlara oxumağı da sevdirməliyik. Uşaqlar böyüklərdən diqqətli olduğu üçün onların beyinlərində gördükləri hər məsələ haqqında daha tez fikir formalaşır. Hər xırda detallar haqqında onlarda maraqlı suallar yaranır. Onlar dünyanın dürüst çağlarında olduqları üçün yalnız həqiqətləri görmək və eşitmək istədikləri kimi oxuduqlarının cəmiyyətlə, təbiətlə əlaqəsini axtarır.Qəhrəmanı özləri olan bu əsərlər uşaqlar üçün doğma və maraqlı olmaqla yanaşı həmçinin ibrətamiz olmalıdır. Dünyanın ən maraqlı kitabları əsrlərlə marağını itirməyən uşaqların dünyasına həsr olunmuş əsərlərin,Lüis Kerollun “Alisa möcüzələr diyarında”, Redyard Kiplinqin “Mauqli”, Joze Qomes Ferreyranın “Cəsur Joanın qəribə macəraları”, təyyarəçi-yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” adlarını çəkmək olar.
Azərbaycan ədəbi tarixi prosesində uşaq ədəbiyyatı “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, dastanlarındakı ailə mədəniyyəti, qəhrəmanlıq motivləri əsasında yaranan hekayət və nağıllarla başlasa da, XIX-XX əsrdə formalaşmışdı. Bu dövrlərdə Rəşid bəy Əfəndiyevin, Sultan Məcid Qənizadənin, Seyid Əzim Şirvaninin, Firudin bəy Köçərlinin, Abdulla Şaiqin, Abbas Səhhətin uşaq ədəbiyyatının inkişafında və dərsliklərin yaranmasında böyük xidmətləri olmuşdur.
Maarifçilik ideologiyası ilə uşaqların təhsili üçün faydalı nəsihətlər yazan Abbasqulu ağa Bakıxanovun 102 nəsihətdən ibarət “Nəsihətnamə”sində Azərbaycan folklorunu yaşadan atalar sözü və zərb məsəllərinə pedoqoji yönümdən işıq salınmışdır. Hüseyn Cavidin “Qız məktəbi” şeiri isə bütün məktəbli qızlara, müəllimlərin dilindən nəsihət oldu: “Kimdir onlar?Anam, babam, müəlliməm, bir də bütün insanlar…”
Dövlətçiliyimizin tarixində uşaqların və gənclərin təlim-tərbiyəsi mühüm yer tutur. Bu səbəbdən uşaqların təhsilində onların qiraətinə xüsusi önəm verilmişdir. Müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısı sayəsində əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə onların ahəngdar inkişafı naminə yönəlmiş, milli dəyərlər əsasında təşkil olunmuşdur. Lakin müstəqilliyimizin ilk illərində torpaqlarımızın mənfur düşmənlər tərəfindən ədalətsizcəsinə işğalı həmin dövrün uşaqlarının yaddaşlarında acı xatirələr yaratdı.
“20 Yanvar” (1990), “Xocalı faciəsi” (1992), “Aprel döyüşləri” (2016) və ümumiyyətlə Birinci Qarabağ müharibəsi illərində yaşayan uşaqların ürəklərində, beyinlərində qara qan yaddaşı formalaşdı.
Təsadüfi deyil ki, məhz həmin uşaqlar Ali Baş Komandanın əmri ilə düşmən mövqeyinin növbəti təxribatı zamanı 44 gün ərzində vuruşaraq, Azərbaycan torpaqlarının ərazi bütövlüyünü bərpa etməyə nail oldular. Təbii ki bütün proseslər ədəbiyyatın, xüsusilə də poeziyanın naif çiyinlərinə çökdü. İkinci Qarabağ müharibəsi dövründə, dinc əhalinin yaşadığı ərazilərdə müxtəlif təxribatlar nəticəsində erməni qəsbkarları ağır cinayətlər törədərək, Bərdəni (27-28 oktyabr, 2020), Gəncəni (4 oktyabr, 2020) ballistik raket atəşinə tutmuşdu. İnsanlıq əleyhinə yönəlmiş bu hadisələrdə müxtəlif yaş qrupuna aid uşaqların şəhid olmasını ürək ağrısı ilə qeyd etmək istərdim. Məhz bu dövrdə uşaqları unutmayan, dünyaya onların gözü və ruhu ilə mühafizəkarcasına yanaşan şair və yazıçılarımızın əsərləri olduqca qiymətlidir. Bu baxımdan İbrahim Yusifoğlunun şeirlərini xüsusi dəyərləndirmək istərdim.
Bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsindəİbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” adlı şeirlər kitabı nəşr olunmuşdur. Kitabın redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova, rəyçi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, ön sözun müəllifi həmin institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanova, rəssamı isə Zəhra Əkbərlidir.
Kitaba toplanan şeirlər mövzusuna aid şəkilləri ilə uşaqlarda maraqlı və rəngarəng təəssüratlar yaradaraq bədii həqiqətləri əks etdirir.
İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” seirlər kitabı son illərin, müharibənin acı xatirəsindən və zəfərindən közərmiş ürəyin yaşantılarıdır. Bu şeirlərdə şair uşaqlara tuşlanan silahları lənətləyərək yazır:
Raketləri, topları
Tuşlamayın onlara
Tanrıdan gələn səsdi:
-Qıymayın uşaqlara!
Şair müharibənin sərt üzü ilə baş-başa qalmış uşaqları təbiətin ən gözəl rənginə boyayır. Onların tumurcuq arzularını, qönçə istəklərini şən gülüşlərində yaşatmağa çalışır:
Bu rənarəng dünyanı
boyamayın siz qana
ey insan qatilləri
qıymayın uşaqlara!
(Qıymayın uşaqlara)
Bu il Şuşanın 270 illiyi ilə əlaqədar “Şuşa ili” elan edilməsi həmçinin Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və tarixinə verdiyi dəyəri yaşatmaq yazıçı və şairlərin əsərlərindəxüsusilə vacibdir.
Şair “Şuşa” şeirində 30 il əsirlikdə qalan torpağı balanın anasına qovuşmasına bənzədir.
Şuşa! Qeyrət, şərəf, qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri
Xoş müjdə qəlbləri gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!
(Şuşa)
İbrahim Yusiflinin, Qarabağın qədim diyarı – uca yaradanın bəxş etdiyi gözəllikləri ilə şəfəqə bələnən, dünyada məşhur olan bərəkətli çörəyinin ətri, qazandığı şöhrəti ilə Ağdam şəhərinə həsr olunmuş şeirini uşaqlar yəqin ki, urək ağrısı ilə oxuyacaq. Şair bu şeirdə Ağdamın başına gələn hadisələrdən müfəssəl söz açaraq, balaca oxucuları tarixi proseslərlə tanış edir.
Dünya gördü çaqqallar,
Quduzluqda təkdilər.
Taxıl zəmilərinə
Minaları əkdilər.
Müzəffər, qalib ordu,
Haraya, dada yetdi.
Yadların caynağından,
Ağdamı xilas etdi.
(Ağdam şəhəri)
Çox istərdik, şair burada uşaqlara – Dərbəndli kəndi yaxınlığındakı 12 künclü türbə - Xaçın, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Şahbulaq məscidi, həmçinin, Ağdam tarix diyarşünaslıq muzeyini xatırladardı.
O xalqın övladları xoşbəxtdir ki, yurdunun “Cəngi”si, “Yallı”sı və “Zəfər nəğməsi” var. Azərbaycan xalqı uzun illər işğal altında olan torpaqlarına qovuşdu. Bayrağımız Bülbülün, Üzeyirin, Xan qızı Natəvanın yurdunda dalğalandı. Nəğmələrin ulusu, müqəddəsi olan xoş müjdəli Zəfər nəğmələri çalındı.
Döyüşlərdə dönər dəmir yumruğa,
Haya yetən xilaskar quş Simruğa,
Səslənəndə qəlblər dönər bir dağa,
Zəfər nəğməsi.
İgidlərlə o, eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər, toxunar,
Azad eldə, azad dildə oxunar,
Zəfər nəğməsi.
(Zəfər nəğməsi)
Akademik İsa Həbibbəylinin yazdığı “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” məqaləsi şairin yaradıcılığı haqqında ümumiləşmiş fikir yaradır: “Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan İbrahim Yusifoğlunun yaradıcılığında poema janrında yazılmış əsərlərin özünəməxsus yeri vardır. Janr baxımından onun poemaları liro-epik əsərlərdir. Şairin poemalarında seçilmiş həyat hadisələrinin təsviri ilə lirik düşüncələr bir-birini tamamlayır. Eyni zamanda, İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı mənzum pyeslərdə ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri, uşaq dünyasının incəliklərini şairanə şəkildə təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır. Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün faydalı ola bilən əsərlərdir”. El ozanı Dədə Qorqudun gəzib dolaşdığı, qədim və zəngin Oğuz torpağı olan Şərur mahalının Dağlar kəndində cərəyan edən “Pəhləvanın bağında” mənzum pyesində yurdumuza göz dikən yağı düşmənin məkrli işlərindən söz açılır. Şair bu mənzum pyesdə erməni Qocayanın öz çaqqal tayfasına gələcək qara planlarını uşaqların nəzərinə çatdırır:
Bu yerlərdə türklərin
Silməliyik izlərin.
Doğulan uşaqlara,
Zurnaya, kaman, tara.
Balabana, tütəyə,
Hər gülə, hər çiçəyə,
Gördüyümüz hər nəyə
Arıya, kəpənəyə,
Yeni ad verməliyik,
O adla sevməliyik.
Əsərin qəhrəmanı Pəhləvan bəyin doğma diyarına pis niyyətlə yanaşan soyadı “yan”la bitən çaqqallara qarşı “Cəngi” sədaları ilə “Biz cəngə girməliyik, \\ Süləyən çaqqalların \\ dərsini verməliyik” savaş açır və yurdundan uzaqlaşdırır:
Bu el-bu oba, bu torpaq,
Tanrıdan bizə paydı.
Cıxın torpağımızdan,
Çaqqallar, haydı, haydı.
Güman edirəm bu mənzum pyes nə vaxtsa tamaşaya qoyulacaq və uşaqlara təqdim olunacaq.
“Qıymayın uşaqlara” kitabına toplanan şeirlər “Bu il “Şuşa ili”dir”, “Ana Yurdum Azərbaycan”, “Ayan gedir məktəbə”, “Mənim babam şairdir”, “Nəzakət, hörmət, dostluq” adları ilə fəsillərə bölünmüşdü. “Bu il Şuşa ilidir” fəslində şair döğma yurdumuz Azərbaycanın gözəl guşələrini və bu gözəlliklərin düşmən tərəfindən işğalını, amansız istismarını göz önündə canlandırır. Şair bu fəsildə Şuşanın zəfərini, Ağdamın dağıntılarını, Xocalı və 20 Yanvar faciəsində yaşananları uşaqlara təfərrütları ilə anladır. “Ana Yurdum Azərbaycan” fəslində şair Azərbaycanın dilbər guşələrini təsvir edərək, uşaqlarda getmədikləri yerlər haqqında təsəvvürlər formalaşdırır. “Ayan gedir məktəbə”, “Mənim babam şairdir”, “Nəzakət, hörmət, dostluq” fəslində isə şair uşaqların dünya görüşünün formalaşmasında ailənin, mühitin və onları əhatə edən butün canlı aləmin inikasını səmimi hecalara bölür.
Uşaqlar təbiətin ən saf varlığı kimi yerlə göyün arasında, dünyanın ən təmiz haləsində böyüyür. Onlar böyüdükdə ayaqları yer üzünə möhkəm bağlanır və böyüdükcə uca zirvələrə qonub düşməni göynədən göz dağı olacaq.
Fidan Nizaməddin qızı Abdurəhmanova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 339
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR