07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Hərbi vertolyot qəzaya uğrayıb
Tarix: 22-03-2026 06:49 | Bölmə: Dünya

 Qətər Silahlı Qüvvələrinə məxsus vertolyot texniki nasazlıq səbəbindən əmirlik sularında qəzaya uğrayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə adi missiyanı yerinə yetirərkən ərazi sularında qəzaya uğrayıb.
Müdafiə Nazirliyinin mətbuat açıqlamasına görə, qəzaya səbəb "texniki nasazlıq" olub.
Müdafiə Nazirliyi hazırda vertolyotun heyəti və sərnişinləri üçün axtarış aparıldığını bildirib.
Ötən həftə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqın qərbində "KC-135" tanker təyyarəsinin qəzaya uğraması və nəticədə altı ekipaj üzvünün hamısının həlak olması barədə məlumat verib.



Baxış sayı: 17


Bölməyə aid digər xəbərlər