Bütün xəbərlər
ABŞ-ın səhvlərinə baxmayaraq, Lukaşenko özünü Tramp tərəfdarı adlandırdı
Tarix: 19-03-2026 14:47 | Bölmə: Siyasət

 Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ rəhbərliyinin səhvlərinə baxmayaraq, özünü Ağ Ev Prezidenti Donald Trampın tərəfdarı adlandırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lukaşenko bunu ABŞ-ın Xüsusi Elçisi Con Kolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti ilə danışıqlar zamanı bildirib.Onun sözləri "BelTA" xəbər agentliyi tərəfindən sitat gətirilib.
"Bəli, çox istərdim ki, mənim fikrimi Donald Trampa çatdırasınız. ABŞ-ın etdiyi müəyyən səhvlərə baxmayaraq, mən hələ də prezidentinizin tərəfdarıyam".
2025-ci ilin dekabrında Lukaşenko Amerika liderini güclü fiqur hesab etdiyini etiraf etdi, lakin Trampın "kor tərəfdarı" olmadığını vurğuladı.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər