07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
60-dan çox insan həlak olub
Tarix: 22-03-2026 07:33 | Bölmə: Karusel


Sudanın cənub-qərbindəki El Daein şəhərində universitet xəstəxanasına edilən hücum nəticəsində azyaşlılar da daxil olmaqla 60-dan çox insan həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus tərəfindən sosial mediada bildirilib.
Ən azı 64 nəfər həlak olub.
ÜST direktorunun sözlərinə görə, onlardan 13-ü azyaşlı olub. Daha 89 nəfər yaralanıb.
Əvvəlki məlumatlarda Çevik Müdaxilə Qüvvələrinin üsyançı qüvvələrinin Sudanın cənubundakı Cənubi Kordofan əyalətində hərbi xəstəxanaya hücum etdiyi və 22 nəfərin öldüyü bildirilirdi.




Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər