Bütün xəbərlər
Yeniyetmə tanışını öldürərək cəsədi qatar stansiyasının yaxınlığında basdırıb
Tarix: 19-03-2026 14:52 | Bölmə: Cəmiyyət


Sankt-Peterburqda 17 yaşlı gəncin qətli ilə bağlı cinayət işi açılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi bu barədə "MAX" messencerində məlumat verib.
Qeyd olunur ki, gəncin üzərində zorakı ölüm əlamətləri olan cəsədi bu ilin 19 martında Puşkinski rayonundakı Kondakopşino qatar stansiyası yaxınlığında tapılıb.Müəyyən edilib ki, gənc martın 16-da evdən çıxıb və ondan xəbər gəlməyib.
16 yaşlı bir gənc qətl şübhəsi ilə həbs edilib.Müstəntiqlərin sözlərinə görə, gənclər məsələni həll etmək üçün görüşüblər.Münaqişə zamanı şübhəli rəqibinin qarnına bıçaqla zərbə endirib və sonra cəsədi stansiyanın yaxınlığında basdıraraq gizlətməyə çalışıb.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qətl) ilə cinayət işi açıb.
Hazırda hadisə yerində müstəntiqlər və məhkəmə ekspertləri işləyir. Hadisənin bütün halları müəyyən edilir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər