Bütün xəbərlər
Yeniyetmə 10 yaşlı oğlanın qətlinə görə altı il həbs cəzasına məhkum edilib
Tarix: 19-03-2026 19:50 | Bölmə: Cəmiyyət


Kirov bölgəsində 10 yaşlı oğlanın qətlinə görə bir yeniyetmə altı il həbs cəzasına məhkum edilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məhkəmə həmçinin zərərçəkənlərə mənəvi ziyana görə 3 milyon rubl təzminat təyin edib.
15 yaşlı yeniyetmə cinayət törətməkdə təqsirli bilinib... O, islah müəssisəsində cəza çəkmək üçün altı il həbs cəzasına məhkum edilib.
Müstəntiqlərin sözlərinə görə, cinayət 21 iyun 2025-ci ildə Kirovo-Çepetsk rayonundakı Prosnitsa stansiyasının yaxınlığındakı meşəlik ərazidə törədilib. Oğlanlar arasında münaqişə yaranıb və yeniyetmə 10 yaşlı oğlana bir neçə bıçaq zərbəsi endirib.Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölüb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər