22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
Vüqar Rəhimzadə: "Bakı strateji dialoq mərkəzi kimi dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir"
Tarix: 15-03-2026 22:55 | Bölmə: Karusel

2013-cü ildən başlayaraq hər il keçirilən Qlobal Bakı forumlarına ev sahibliyi edən Azərbaycan bununla həm tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, müxtəlif dinləri və mədəniyyətləri bir arayan gətirən, həm də dünyanı narahat edən problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran, dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkə olduğunu bir daha təsdiqləyir. Çünki hər il keçirilən forumların mövzularına diqqət yetirdikdə bu məsələlərin həmin dövrün çağırışını özündə əks etdirdiyini aydın şəkildə görürük.
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda növbəti- XIII Qlobal Bakı Forumu işə başlayıb. XIII Qlobal Bakı Forumunda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda müxtəlif mövzularda panellər təşkil olunur. Panel iclaslarda müzakirə edilən mövzulara diqqət yetirdikdə belə Azərbaycanın iqtisadi və xarici siyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Başqa sözlə, xarici siyasətinin əsas prinsiplərindən biri kimi əməkdaşlığa xüsusi önəm verən Azərbaycan ev sahibliyi etdiyi tədbirlərin timsalında çoxtərəfliliyin tərəfdarı olduğunu, qlobal problemlərin həllində birgə addımların atılmasının vacibliyini nümayiş etdirir. 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29-un nəticələri bu gün də müzakirə mövzusu kimi diqqətdədirsə, bu, Azərbaycanın uğurlu və gələcəyə hədəflənən siyasətinin nəticəsidir. Qlobal Bakı Forumu da qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdan digərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinə yönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Onu da əlavə etdi ki, dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu Forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər. Builki Forumun gündəliyi çox genişdir. Prezident İlham Əliyev bu çağırışı səsləndirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın sülh təcrübəsindən geniş bəhs etdi. 30 illik işğal, 44 günlük İkinci Qarabağ və bir günlük lokal antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar dövrü geniş təhlil edildi. Vurğulandı ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdi. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, son onilliklərdə nadir bir təcrübədir. Ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Millət vəkili bildirib ki, göründüyü kimi, XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Çıxışlarda səsləndirilən fikirlər, panel iclaslarda müzakirə olunan məsələlər beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini ölkəmizin bu il ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət edərək bu əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik.
Vüqar Rəhimzadə beynəlxalq əməkdaşlıqda əsas rol oynayan amillərdən biri kimi enerji təhlükəsizliyinin təminatından da bəhs edərək, Azərbaycanın bu sahədə artan rolunu xüsusi vurğulayıb. Bildirib ki, XIII Qlobal Bakı Forumunda diqqət göstərilən əsas məsələlərdən biri məhz bu oldu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı inkişafına geniş imkanlar yaratdığı beynəlxalq səviyyədə etiraf olunan reallıqlardandır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə töhfələri davamlıdır. Buna əsas verən təbii ki, malik olduğumuz iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurlarını sadalamaqla bitməz. Prezident İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Azərbaycan beynəlxalq bazarda etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Millət vəkili Azərbaycanın nəqliyyat imkanlarının genişliyindən də bəhs edib. Bildirib ki, Azərbaycan nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırır. Bu gün ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır. Azərbaycan həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkədir. Prezident İlham Əliyev Forumda bu məqamı da vurğuladı ki, Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Hazırda Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, hər il Qlobal Bakı Forumu mühüm uğurların təqdimatı, onların əsasında yeni çağırışlarla tarixə yazılır. Azərbaycanın hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfində olaraq bunu real addımları ilə təsdiqləməsi ev sahibliyi etdiyi bu kimi tədbirlərin davamlılığına böyük inam yaradır. Düşünürük ki, XIII Qlobal Bakı Forumu öz işini bir gündən sonra başa çatdırsa da, gündəmə gətirilən məsələlər, gələcəklə bağlı səsləndirilən çağırışlar növbəti Foruma qədər geniş təhlil ediləcək, birgə səylər əsasında mühüm uğurların əldə olunmasına yol açılacaq.
Baxış sayı: 277
Bölməyə aid digər xəbərlər

Dünən, 20:26
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
Dünən, 19:46
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19-11-2026, 18:03
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
19-11-2026, 16:28
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
19-11-2026, 16:21
Şimali Osetiyada itkin düşmüş turistin axtarışı aparılır
18-11-2026, 16:05
İsveç idmançılar da daxil olmaqla Rusiya vətəndaşlarına giriş məhdudiyyətləri tətbiq edəcək
18-11-2026, 16:02
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
18-11-2026, 15:47
Putin APEC sammiti çərçivəsində Vyetnam Prezidenti ilə görüşüb
18-11-2026, 15:25
Lixaçev Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının fiziki işə salınmasının yaxınlaşdığını elan etdi
18-11-2026, 15:20
Jurnalist APEC sammitində Putinin avtomobilini göstərdi
18-11-2026, 15:09
Lixaçev Rosatom-un ABŞ və Çin planlarının həyata keçirilməsindəki əsas rolunu vurğuladı
18-11-2026, 14:52
İsrail iyun ayında Kallasla birbaşa əlaqəni dayandırıb
17-11-2026, 19:00
Qubernatoru təhqir etdiyinə görə cərimələndi
17-11-2026, 18:46
Almaniya Ukrayna üçün 300 milyon dollarlıq silah ayıracağını açıqladı
17-11-2026, 15:10
Jurnalist sui-qəsd cəhdindən sonra komadan çıxıb
17-11-2026, 15:05
Usman və Ömər Nurməhəmmədovlar azad olundu
16-11-2026, 18:28
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
16-11-2026, 18:04
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
16-11-2026, 18:00
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
16-11-2026, 17:53
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
16-11-2026, 12:06
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
16-11-2026, 11:55
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
15-11-2026, 19:30
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
15-11-2026, 19:23
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
15-11-2026, 19:20
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
15-11-2026, 19:09
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
15-11-2026, 18:59
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
15-11-2026, 18:54
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
15-11-2026, 18:50
Zəlzələ baş verib
12-11-2026, 22:57
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
12-11-2026, 18:40
Rusiya nümayəndə heyətinin Əbu-Dabi ətrafındakı hərəkətlərini lentə almaq cərimə ilə nəticələnə bilərdi
12-11-2026, 18:26
Polkovniki partlatmaq üçün istifadə edilən partlayıcı qurğu Baltikyanı ölkələrdən isti hava şarı ilə çatdırılıb
12-11-2026, 18:21
Polşa Konstitusiya Məhkəməsinin sədri Svetskovski işə buraxılmayıb
12-11-2026, 18:18
Keçmiş Playboy modeli Zelenskidən mükafat aldı
12-11-2026, 18:08
Vitkoff Rusiya ilə Ukrayna arasında qarşıdan gələn məhbus mübadiləsini irəliləyiş adlandırdı
11-11-2026, 23:40
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
11-11-2026, 21:56
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
11-11-2026, 21:51
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
11-11-2026, 21:42
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib