23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"
Tarix: 19-03-2026 17:20 | Bölmə: Gündəm

Bu günlərdə Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi XIII Qlobal Bakı Forumunun əhatə etdiyi “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu hazırkı dövrün çağırışları ilə yanaşı, məsələnin həllində əsas faktor olan birgə səylərin göstərilməsini və ədalətə, beynəlxalq hüquqa əsaslanan yanaşmanın ortaya qoyulmasını bir daha aktuallaşdırdı. Bu kimi çağırışlar hər bir ölkənin malik olduğu imkanların, dünyada söz sahibliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycanın istər regionda, istərsə də dünya siyasətində artan rolu, söz sahibliyi diqqətdən kənarda qalmır və beynəlxalq səviyyədə təqdir edilir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar əsasında son illərdə bu istiqamətdə ölkəmizin liderliyi daha aydın görünür. Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində Azərbaycanın liderliyini, artan rolunu şərtləndirən amillərə hər zaman xüsusi diqqət yönəldir. Reallıq budur ki, hazırda yeni dünya nizamı formalaşır, lakin bununla bağlı fikir ayrılıqları mövcuddur. Bu yanaşma bütün dövrlərdə mövcud olub və Azərbaycan zaman-zaman ən yüksək tribunalardan sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək onların ümumi vəhdəti fonunda bir inkişaf modelinin qurulmasının vacibliyini bildirib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsində də sabitlik və təhlükəsizlik əsas faktor kimi diqqətdə saxlanılır. Azərbaycan təhlükəsiz ölkə, sabitlik diyarı kimi qazandığı nüfuza hər zaman yeni əlavələr edir. Başqa sözlə, dövlətimiz daim yeni hədəflərin müəyyənləşdirilməsinə və onlara doğru inamlı addımların atrılmasına səylər göstərir. Azərbaycan, eyni zamanda, hər zaman iqtisadi müstəqilliyi ilə də diqqətdə olub. Ölkəmizin malik olduğu resurslar ona beynəlxalq arenada iqtisadi və siyasi dividendlər qazandırır. “Əsrin müqaviləsi” imzalandığı dövrdə Azərbaycan neft ölkəsi kimi tanınırdı. Lakin illər keçdikcə, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də reallığa çevrildikdən sonra Azərbaycan regonal inkişafın aparıcı qüvvəsinə, həmçinin qaz ixracatçısına çevrildi. Bu layihələr ölkəmizin siyasi mövqeyini də möhkəmləndirdi. Azərbaycanın bugününə və gələcəyinə inam hazırda reallığa çevrilən, həmçinin gündəmə gətirilən layihələrin timsalında özünün aydın ifadəsini tapır. Ölkəmiz bu gün 16 ölkəyə qaz ixrac edir. Bu əminliyi də ifadə edirik ki, bu, son rəqəm deyil. Ölkəmiz Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni təbii qaz mənbələrinin istismarı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız genişlənir.
Bu fikirləri Mİlli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayan və ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin builki iclasında Prezident İlham Əliyev bu hədəfi də açıqladı ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması hədəflənib.
Yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə böyük ehtiyacın olduğu aydın şəkildə görünür. Bütün bunlar Azərbaycanın həm yeni tərəfdaşlar qazanmasını, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırmasını şərtləndirir. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu kimi məsələlər ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbirində geniş müzakirə edilməklə Bakı iqlim konfransının bu günədək müzakirə olunan uğurlu nəticələrində aydın ifadəsini tapdı. Həmin iqlim konfransında liderlər bu çağırışı etdilər ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Bu qiymətləndirmələr onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi və siyasi müstəqilliyin vəhdətini yaratmaqla dayanıqlı inkişafa geniş imkanlar yaradır. Ölkəmizin bu gün dünyaya təqdim etdiyi sülh təcrübəsi də bu kimi məqamların açıqlanmasında əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra regionda dayanıqlı inkişafın təmin edilməsinin prioritetliyi vurğulanmaqla yanaşı, buna nail olmağın yolu-sülhün təmin edilməsi də irəli sürüldü. Azərbaycanın bu təklifinə beynəlxalq dəstəyi hazırda Ermənistanla tarixi sülh razılaşmasının əldə edilməsində aydın şəkildə görürük. Bu sülhün hansı uğurlara yol açdığı da göz önündədir. Azərbaycan Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyir. Bu istiqamət Ermənistan ərazisindən keçəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə ölkəmizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan yalnız bölgədə deyil, bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurması, ədalətin və beynəlxalq hüququn yanında olması, yeni dünya nizamının məhz bu dəyərlər əsasında formalaşdırılmasına çağırışlar etməsi və sair kimi mühüm məqamlar xarici siyasət uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Azərbaycanın əməkdaşlıq əlaqələrində qarşılıqlı etimad münasibətlərinin qorunmasına xüsusi önəm verməsi, qonşuluq və qardaşlıq prinsiplərini sözdə deyil, əməldə qoruması da liderliyini möhkəmləndirməsində öz sözünü deyir. Son hadisələr bunun bir daha təsdiqi oldu.
Millət vəkili onu da bildirib ki, əvvəldə qeyd etdiyimiz kimi, artan geosiyasi gərginliklər dövlətlər üçün düşünülmüş siyasət yürütməyi tələb edir. Azərbaycanın uğurlarında daim Lider və düşünülmüş siyasət faktorları önə çəkilir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mühüm çağırışlarından biri bu oldu ki, müstəqilik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan əsas vəzifə beynəlxalq aləmdə varlığını təsdiqləmək, yerini və rolunu möhkəmləndirməkdir. Ulu Öndərin hər bir çağırışı Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində yol xəritəsi oldu. Azərbaycan hər bir addımında müstəqil siyasət yürütdüyünü, milli maraqları hər şeydən üstün tutduğunu nümayiş etdirir. Qlobal problemlərin həllində, siyasi dialoqun təşviqində və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunun artmasının təsdiqi təbii ki, günümüzün reallıqlarıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan əbədi sülhə sadiqdir. Bu, bizim strategiyamız və siyasətimizdir.
Baxış sayı: 576
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib