19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
İbrahim Yusifoğlunun yeni kitabına İsa HƏBİBBƏYLİ "İBRAHİM YUSİFOĞLUNUN POETİK DÜNYASI VƏ UĞURLARI" adlı ön söz yazıb
Tarix: 17-08-2021 01:12 | Bölmə: Ədəbiyyat

İBRAHİM YUSİFOĞLUNUN POETİK DÜNYASI VƏ UĞURLARI
İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlun da zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrufat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin “inşaat materialları” kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. “Ruhuma bircə bu yağiş doğmadı” şeirində etiraf etdiyi kimi:
Mənim şeirlərim könül varımdı,
Onlarda həm sevinc,kədər varımdı.
Qəlblərə ələnən yağışlarımdı,
Ruhuma bircə bu yağiş doğmadı.
Müşahidələr göstərir ki, İbrahim Yusifoğlu əksər məqamlarda yaşadığı mühitin qayğılı və rəngli şeiriyyətini ədəbiyyata gətirməyi bacarır. Şeirlərini diqqətlə oxumaqla onun hansı ictimai-mənəvi və ya maarifçi mühitdə nəfəs aldığını hiss etmək olur. O, şeirlərində özünü əhatə edən belə bir təbii və rəngarəng mühitin dilində danışmağa səy göstərir. Və əksər məqamlarda bunu yüksək peşəkarlıqla həyata keçirməyi bacarır. Bundan başqa, İbrahim Yusifoğlunun şeirləri həm də sanki onun təmsil olunduğu mühitin bənzərsiz təbiətinin poetik coğrafiyasıdır. Şair çox vaxt uzun illər yaşadığı coğrafiyanın bütün fəsillərini ilhamla yazılmış şeirlərində və poeziyanın müxtəlif çalarlarındakı axtarışlarında ədəbiyyat faktına çevirməyə nail olmuşdur. Qoynunda doğulduğu dağlı-aranlı qədim Şərur Çuxurunun, Saralı-Xançobanlı Arpaçayın təbii görkəmi, həyat ritmi İbrahim Yusifoğlunun şeirlərində özünün əsl poetik mənasını və bədii obrazını tapa bilmişdir. Buna baxmayaraq, İbrahim Yusifoğlunun palitrasında “baharın tacı” sayılan bənövşənin və badam ağacının rəng çalarları üstünlük təşkil edir. Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli badam ağacı sifətində görür. İlham Yusifoğlunun təbiət şeirləri sanki badam ağacında bənövşə çiçəyidir. Həyatı barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun bir çox misraları isə həm rəng çalarlarına, həm də poetik mənasına görə bənövşə çiçəyinə həsr edilmiş ən yaxşı şeirlər olaraq fərqlənir, yadda qalır:
... Şərur Çuxurunda baharın tacı,
Gül-çiçək könlümü məst eyləmişdi.
Gözlərim önündə badam ağacı
Bənövşə çiçəyi çiçəkləmişdi.
... Bəlkə, müəllim ömrü yaşadığından
Badam bənövşəyi al çiçəkləyib?!
Bəlkə, şagirdlərin barmaqlarından
Şehli çiçəklərə mürəkkəb dəyib?!
(Bənövşə çiçəkli badam ağacı...)
Zəhməti və istedadı özündə birləşdirən İbrahim Yusifoğlu ən yüksək insani keyfiyyətləri ilə də seçilir. O, sadəcə yarım əsrə yaxın müəllim işlədiyi üçün deyil, həm də dərin mənəvi keyfiyyətə malik olmağı şəxsiyyət üçün dəyər kimi qəbul etdiyinə görə əsl müəllim ömrü yaşayır. İbrahim Yusifoğlunun şeirlərində əxlaqi-mənəvi dəyərlər ilhamla tərənnüm olunur. Çox yaxşı xüsusiyyətdir ki, bu qəbildən olan şeirlərində o, oxucusuna əxlaqi dərs keçmir, əksinə, insanın pak mənəviyyatını, yüksək mənəvi xüsusiyyətlərini obrazlı şəkildə təqdim etməklə diqqəti həmin keyfiyyətlərin aliliyinə yönəldir. Bu mənada İbrahim Yusifoğlu həyatda olduğu kimi, şeirlərində də həyatı obrazlı şəkildə qavrayan və ifadə edən müəllimdir. Onun maarifçi baxışları ilə maarifçilik fəaliyyəti bir-birini tamamlayır. Buna görədir şairin müəllim ömrü haqqında, müəllimlərə və məktəbə, şagirdlərə həsr olunmuş şeirləri yaxşı alınır. Oxucuları tərəfindən həvəslə oxunan, qəlblərdə özünə yer tapmış “Safdır, müqəddəsdir, müəllim ömrü!” şeiri müəllimlər haqqında mahnı kimi səslənir:
Ən parlaq Ulduzdu, nur saçan Aydı,
Dalğalı dənizdi, ləpəli çaydı.
Ömrü-ömürlərə paylanan paydı,
Safdır, müqəddəsdir, müəllim ömrü!
Həlimlik gözünün qarasındadı,
Əzizlikqəlbinin parasındadı,
Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi müəllim ömrü!
Şair, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında yaşayan qabaqcıl müəllimlər haqqında “Safdır, müqəddəsdir müəllim ömrü” adlı seriyasından yazıb çap etdirdiyi altı kitabda onlarla qabaqcıl müəllimin iş təcrübəsindən və həyat fəaliyyətindən, məktəblərdə keçən ömür yollarından bəhs edən oçerkləri (1999-2017) oxucularına təqdim etmişdir. İbrahim Yusifoğlu Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi kimi respublika müəllimlərinin XII qurultayının (1998) iştirakçısı olmuşdur.
İbrahim Yusifoğlu yeni dövr Azərbaycan maarifçi şerinin əsas yaradıcılarından biri kimi böyük ədəbiyyata şərəflə xidmət edir. Onun məktəb şeirləri və uşaq poeziyası maarifçi şeirlərinin aparıcı qanadını təşkil edir.İbrahim Yusifoğlu müasir mərhələdə müəllim və məktəb haqqında ən yaxşı şeirlərin müəllifidir. O, uşaq ədəbiyyatı istiqamətindəki fəaliyyətini ardıcıl olaraq uğurla davam etdirən,bu istiqamətdə təsirli,yadda qalan şeirlər meydana qoyan istedadlı şairdir. İbrahim Yusifoğlunun demək ilar ki, bütün kitablarında müəllimlər və uşaqlar üçün nümunəvi şeirlər vardır. Bununla belə, şair “Seçilmiş əsərləri”nin ayrıca bir cildini uşaq ədəbiyyatına həsr etmişdir. İbrahim Yusifoğlu müstəqillik dövrü uşaq ədəbiyyatında uşaq ədəbiyyatı külliyatı yaratmış şairlərdəndir. Bundan başqa, o, “Futbolçu, topçu, gopçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdir”, “Vətən nəğməsi”, “Göy yerə zəng eyləyir” kitablarını balaca oxuculara hədiyyə etmişdir. 2020-ci ildə “Payızda üşüyən çiçək” adlı uşaq şeirləri kitabı Tehranda “Xudafərin”nəşrlər evində fars əlifbası ilə çap olunmuşdur .Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi “Azərbaycan uşaq ədəbiyyatı antalogiyası”nda (2014), Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” na dair “Müntəxabat” dərsliyində İbrahim Yusifoğlunun silsilə şeirləri verilmişdir.
Dövrü mətbuatda ən ardıcıl şəkildə çap olunan İbrahim Yusifoğlu “Ulduz”, “Vətən nəğməsi”, “Göyərçin”, “Pioner”, “Günəş”, “Uşaqlar və Günəş”, “Herba və flora”, “İbtidai məktəb”, “Azərbaycan qadını”, “Kənd həyatı” kimi jurnal və toplularda, “Şərurun səsi”, “Şərq qapısı”, “Azərbaycan müəllimi”, “Çik-çik”, “Azərbaycan pioneri”, “Savalan”, “Tumurcuq”, “Təhsil problemləri” ,”Ədəbiyat”, “Ədalət”, “Kredo” və digər qəzetlərdə uşaq şeirləri və publisistik yazılarını müntəzəm olaraq oxuculara çatdırmaqda davam edir. Bu şeirlərdə, poemalarda və mənzum pyeslərdə uşaqlar öz dünyalarına qovuşur, öz şirin və şıltaq günlərini yaşayırlar. “Qıymayın uşaqlara” şeirində müəllif körpə fidanları öz şirin röyalarından ayrı salanlara, qönçə ikən onları dünyaya göz yumduranlara qarşı etiraz səsini ucaldır:
Ay, Günəş istəyirlər,
Nur ələnsin cahana.
Şeh, yağış diləyirlər,
Təbiət gəlsin cana.
Istəyirlər gül, çiçək
ətri çöksün hər yana.
Paketləri, topları
Tuşlamayın onlara.
Tanrıdan gələn səsdi:
-Qıymayın uşaqlara!
50 ildir ki, fəaliyyət göstərən “Şərur” Ədəbi Birliyi - Naxçıvan Yazıçılar Birliyinin Şərurdakı yaradıcılıq bazasıdır. Bu ədəbi birlik Azərbaycan ədəbiyyatına həm təcrübəli qələm sahibləri olan yazıçılar və şairlər, həm də yeni imzalar bəxş etməkdə davam edir. Azərbaycanın ayrılmaz parçası, Naxçıvan diyarının bənzərsiz bölgəsi olan qədim və həmişəcavan Şərurun bədii obrazı, nağıllı-əfsanəli Arpaçayın poetik səsi, elmi-publisist salnaməsi Şərur Ədəbi Birliyində formalaşır. Bu ədəbi birlik Dədə Qorqud yurdu Şərurun sabahına gur işıq salır. Tanınmış şair və publisist İbrahim Yusifoğlunun otuz ildən çox bu ədəbi birlikdəki “Məliküş-Şüəralığı”, təşkilatçılıq fəaliyyəti ilə səmərəli yaradıcılıq işi yeni-yeni nəsillərin qələmdən ürəklə yapışmalarına dəstək vermişdir.
Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan İbrahim Yusifoğlunun yaradıcılığında poema janrında yazılmış əsərləri özünəməxsus yeri vardır. Janr baxımından onun poemaları liro-epik əsərlərdir. Şair poeamalarında seçilmiş həyat hadisələrinin təsviri ilə lirik düşüncələr bir-birini tamamlayır.
Eyni zamanda, İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı mənzum pyeslərdə ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri, uşaq dünyasının icəliklərini şairanə şəkildə təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır. Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün faydalı ola bilən əsərlərdir.
İbrahim Yusifoğlunun hazırda 5 cildlik seçilmiş əsərləri çapa hazırlanır. Artıq oxucuların ixtiyarına verilmiş 4 cildindəki şeir külliyatı onun çoxillik bədii yaradıcılığının böyük bir dövrünün yekunudur. Oxuculara təqdim olunmuş bu kitablardakı şeirlər, poemalar, mənzum pyeslər istedadlı qələm sahibinin ədəbiyyata, şeirə ürəkdən bağlı olduğunu, özünü poeziyada tapdığını və bu yolda şair kimi ədəbiyyatımızın inkşafına ləyaqətlə xidmət göstərdiyini bütöv şəkildə əks etdirir. Bu mənada hər yeni şeirlər külliyatı şairin həm də bundan sonrakı yaradıcılıq fəaliyyətinin başlanğıcıdır. Onun müstəqil Azərbaycanın yeni gələn nəsillərinə demək üçün sözü hələ çoxdur:
Qırx ildir qələmlə külünc çalıram,
Hələ Fərhad arxı qazmamışam mən. Göylərdən,yerlərdən ilham alıram,
Hələ öz şeirimi yazmamışam mən, -
deyən ömrünün və yaradıcılığının ən yetkin çağını yaşayan İbrahim Yusifoğluna bundan sonra da həyatında və ədəbi yaradıcılığında uğurlar arzulayıram.
İbrahim Yusifoğlu yeni dövrün ən yaxşı maarifçi poeziyasını və uşaq şeirini yaratmaqda davam edir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
akademik
P.S.Qeyd edək ki, bu kitabın-("Mənə bircə gilə göz yaşı bəsdi") redaktoru filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddinqızıdır

Baxış sayı: 1 282
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR