18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Qvami Məhəbbətoğlunun “Alpan etüdləri”
Tarix: 18-07-2021 03:42 | Bölmə: Ədəbiyyat

Bu günlərdə Azərbaycan jurnalistikasında özünəməxsus orijinal dəst-
xətti, yazı manerası, üslubu olan yazıçı-publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Qvami Məhəbbətoğlunun "Alpan etüdləri" kitabı nəşr
olunub. Bəri başdan qeyd edək ki, "Alpan etüdləri" mövzu baxımından
müəllifin “Hərdən gülməyim gəlir”, “Bu mənim alın yazımdır”, “Bibimin
madonna servisi” kitablarından fərqlənir. Ayrı-ayrı oçerklər toplusundan
ibarət olan bu kitabında Qvami Məhəbbətoğlu tarixlə publisistikanı bir
araya gətirməklə doğulduğu kəndin, o yurdun, o ocağın tarixi keçmişinin
və bu gününün epopeyasını parlaq şəkildə yarada bilmişdir. Belə ki,
yazıçı-publisist oxucunun əlindən tutub qədim Alpan kəndinin (Quba
rayonu) tarixi keçmişinə aparır. Tarixin qaranlıq cığırlarına, keşməkeşli
yollarına ixtisasca tarixçi olmasa da, bir tarixçi kimi çıraq tutur. Bu da
onun ən təqdirəlayiq uğurlarındandır.
Kitabda Alpan bəyləri haqqında, daha doğrusu, onların 1905-1918-ci
illərdə erməni daşnaklarına qarşı apardıqları mübarizə də maraqlı
faktlarla öz əksini tapıb. Kitabda diqqəti çəkən məqamlardan biri də
“Şərqin Şekspiri”, ölməz ustad ,dramaturqumuz Hüseyn Cavidin bir
müddət Alpanda yaşaması və yaradıcılığının şah əsəri olan “İblis”
dramını bu kənddə tamamlamasıdır. “Alpan etüdləri”ndə bu və ya digər
şəxslərin, o cümlədən Səməd Vurğun, Əli Fəhmi kimi tanınmışların
Alpanla bağlılığı da danılmaz faktlarla öz əksini tapıb.
Bu məqamda bir məsələyə də toxunmaq istərdik. Müəllif kitabdakı bu
və digər yazılarında,araşdırmalarında yalnız tarixi məxəzlərlə kifayətlənməyib.
Alpan kəndinin qədim tarixinə, mədəniyyətinə bu yurdun ziyalılarının,
tanınmışlarımızın simalarında bəzi faktlara işıq tutmağa, daha doğrusu,
yurdunun kiçik ensiklopediyasını yaratmağa cəhd göstərib. Bütün
bunları üzə çıxaran müəllif kəndin tarixinə, mədəniyyətinə, həm də
tanınmışların fəaliyyətlərinə yeni çalarlar əlavə etməyə, sözün həqiqi
mənasında müvəffəq olub.
Bir sözlə, Qvami Məhəbbətoğlunun bu kitabındakı hansı oçerkinə baş
vurursan vur, oxuyursan oxu, orada Alpan kəndindən olan hansısa bir
Vətən övladının könül duyğularının, xoş əməllərinin ayrı-ayrı çeşidlərini,
ayrı-ayrı boyalarını görürsən. Və bu boyaların əlvanlığına sevinməyə
bilmirsən. Hər bir Vətən oğlunun, Vətən qızının həyat salnaməsini kiçik
ştrixlərlə olsa da, dolğun görürsən. Bu yerdə yazar qardaşımızın
qələminin gücünə qibtə etməyə bilmirsən.
İstedadlı yazar kitabının bir bölümünü belə adlandırıb: “İkinci Qarabağ
savaşı və yaxud Vətən müharibəsi”. O, bu bölümdə otuz illik işğaldan
sonra Vətən övladlarımızın zəfərlə tamamlanan 44 günlük savaşından
və bu savaşda Azərcanbaycanımız hər bir kəndi kimi, alpanlıların da
mərdliklə apardığı döyüşləri qələmə almağı özünə bir vətəndaşlıq borcu
bilib. İstər Birinci, istərsə də İkinci Qarabağ savaşında işğalçı erməni
faşistlərinə qarşı mübarizədə ön sıralarda olan yüzlərlə alpanlının iştirak
etdiyini və onlardan iyirmi nəfərdən çoxunun şəhid olduğunu və ya itkin
düşdüyünü qeyd edir.
Yeri gəlmişkən, onu bildirmək istəyirik ki, Qvami Məhəbbətoğlu “Alpan etüdləri”adlandırdığı bu oçerklər toplusunda özünəxas orijinal bir üslubdan
istifadə edib. Bir çox oçerklərini proloq, haşiyə, epiloq deyə bölmələrə
ayırıb. Bununla da Azərbaycan ədəbiyyatı tarixində bəlkə də bir ilkə
imza atıb, bu da bizi son dərəcə sevindirir. Bir məsələyə də toxunmaq
istərdik. Bizim bildiyimizə görə, “etüd” naturadan çəkilən təsviri
incəsənət əsərinin ilkin nümunəsi anlamındadır. Bu baxımdan Qvami
Məhəbbətoğlu Alpanın bir çox şəxslərinin simasında Alpanın etüdlərini
“çəkməyə” cəhd göstərib. İnsafən, buna da nail olub.
Bir daha vurğulamaq yerinə düşərdi ki, “Alpan etüdləri” Qvami
Məhəbbətoğlu yaradıcılığında son dərəcə orijinal, bundan əvvəl
yazdıqlarından çox fərqli, hətta sadəcə üslub deyil, eyni zamanda mövzu
baxımından da ənənəvi yaradıcılıq hüdudlarını aşan, tarix və publisistikanı bir
araya gətirən uğurlu bir kitabdır. Zənnimizcə, bu kitab tarixçilərimiz
tərəfindən də maraqla qarşılanacaq. Bəlkə də onların yeni axtarışlarına
stimul verəcək.
Yeri gəlmişkən, onu da deyək ki, “Alpan etüdləri” kitabı nöqsanlardan
da xali deyil. Lakin bu nöqsanlar kitabın ümumi ahənginə xələl
gətirmədiyindən onları sadalamağa gərək duymadıq.
Son söz əvəzi isə bunu bildiririk ki, “Alpan etüdləri” kitabı yaddaşımıza
bu sözləri həkk etmiş oldu: “Alpan qədim möhtəşəm bir qaladır. Bu
qalada Azərbaycanın tarixi uyuyur. Alpanlılar isə bu qalanın unudulmaz
yaradıcıları və qoruyucuları...”
Ələsgər Talıboğlu,
şair-publisist, AYB-nin üzvü,
Məmməd Araz mükafatı laureatı
Qəhrəman Qasımov,
“Şəfəq” qəzetinin redaktoru,
Əməkdar jurnalist
Baxış sayı: 984
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib