15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
12:44 / 09-09-2026
Media xəbərlərinə görə, fon der Leyen AB-dəki iqtisadi böhrana hazır olmaya bilər
12:41 / 09-09-2026
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
18:09 / 08-09-2026
Ukrayna hava hücumundan müdafiə sistemləri çatışmazlığını tez bir zamanda aradan qaldıra bilməyəcək
15:40 / 08-09-2026
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
15:03 / 08-09-2026
Ekstremal idmançı Başqırdıstanda Çəhrayı qayaların üzərində 70 metr hündürlükdə sapandla gəzib
14:55 / 08-09-2026
Rusiya və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri danışıqlar keçirirlər
14:39 / 08-09-2026
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
14:35 / 08-09-2026
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
Sehirli çörəklər-Fidan Nizaməddin qızı Abdurəhmanova
Tarix: 01-06-2021 17:11 | Bölmə: Ədəbiyyat

Uşaqlar bayramında həmişə nənəmi xatırlayıram...
Nənəmi xatırlayanda nədənsə həmişə təndirə çörək yapması yadıma düşür. Onun bişirdiyi çörəklər ömrümün sonuna qədər gözümün önündən getməz. Bir də Novruz bayramında əvvəl bişirdiyi qoğallar. Nənəmin qoğallarının və çörəklərinin sehri təndirdə bişirməsində idi. Bakıda bu qoxunu duymaq qeyri mümkündü. Azərbaycanın bütün rayonlarında biri-birindən ləzzətli müxtəlif çörəklər bişir. Nə ətri, nə rəngi, nə ləzzəti nənəmin çörəyinə və qoğallarına bənzəməz.
Hər il üç ay yayı nənəmlə babamın yanında qalırdım. Hər səhər nənəm malları sağar, babam naxıra göndərər, mən də balaca bardağımı götürər nənəm üçün bulaqdan su gətirərdim ki, samovar çayı qaynatsın. Günümüz beləcə başlayardı, ancaq bitməyi yadıma düşmür. O qədər yorulurduq ki, dağların havası hərəmizi bir tərəfə sərib, yatırdırdı. Nənəm hər şey əkirdi. Bazar bağımızda idi. Lobya, kartof, soğan, bibər, göyərti, günəbaxan, nə istəsən tapmaq olardı. Necə deyərlər – təbiətdən mətbəxə, yediyimiz hər şey təzə, hər şey təmiz.
Biz yuxudan ayılana qədər nənəm unu ələyər, xəmiri yoğurar, kündələyər, təndirin ətrafına düzərdi. Birinci çörəyi bişirən kimi çörəyin ətri burnumun deşiklərindən girib mədəmi qıdıqlayardı, elə bil başımda ocaq qalanardı. Gözlərimi bərəldərək tez yatağımdan təndirə qaçırdım. Nənəm də yaman sevinirdi. Əvvəl elə bilirdim ki, məni görüb sevinir, sonralar başa düşdüm ki, ilk kündəni bişirib qurtardığına görə sevinir. İnanca görə çörək bişirərkən xüsusilə də birinci kündəni yaparkən ailənin ilk övladı təndirdə olarsa çörəklər oda düşər, yanar. Birinci çörəyə çatmasam da, sonuncu çörək bişənə qədər təndirdən əl çəkmirdim. Axıra yaxın gedib nənəmin alt eyvanını gəzirdim. Balaca ağ qazanlarda dünyanın bütün naz neməti var idi, qaymaq, süzmə, nehrə yağı, təzə pendir, köhnə pendir. Tələsə-tələsə nənəm demişkən, bir dərinkə götürüb hərəsindən az-az yığıb təndir üstə qaçardım. Təndir üstü mənə çox ləzzət verirdi. Bu otaq palçıqdan və çay daşından iri bir qoz ağacının altında tikilmişdi. İçərisində gurhagurla od yanmağına baxmayaraq
həmişə sərinliyini saxlayırdı. Burada çörək bişirmək üçün bütün ləvazimatlar vardı. Bura mənim üçün sehrli otağa bənzəyirdi. Nənəm bir ləyən unla girirdi təndirə bir mağaza təndir çörəyi ilə çıxırdı. Nənəmin üzü də təndir çörəklərinin üzü kimi qıpqırmızı olardı. Alov hər ikisinin üzünü qızardardı.
İllər ötdü, hamının nənəsi kimi, mənim də nənəm rəhmətə getdi. Nənəm payızda rəhmətə getmişdi. Biz isə kəndə yalnız yayda gedirdik. Nənəmin yoxluğuna heç cür alışa bilmirdim. Növbəti yay atamla mən də getdim. Nənəmin də qəribə xasiyyətləri vardı. Onu sevəni dünyalar qədər sevərdi, sevməyinin isə heç dönüb üzünə baxmazdı. Öz-özümə dedim ki, axı mən onu çox istəyirəm, niyə məni qarşılamır? Heç kəslə salamlaşmayıb özümü dəli kimi otaqların birinə atıb yatmaq istədim. Nənəmin səliqəli otaqları vardı. Xalçalı, güllü pərdələri, bəyaz süfrəsi olan dəyirmi masası vardı. Balışlar çarpayının üzərinə sanki qağayı kimi qonmuşdu. Otaqların nizamını pozmağa ürəyim gəlmədiyi üçün , üzüqoylu xalçanın üzərinə sərildim. Ağlaya-ağlaya şirin yuxuya getdim. Yuxuda nənəmin çörəyinin iyi gəldi. Nənəm bardaş qurub təndirdə oturmuşdu. Məni görən kimi yaman sevindi. Bir az da elə bil qəribsəmişdi. İsti çörəyin birini mənə tərəf uzatdı. Yerimdən dik atıldım. Tez təndir otağına tərəf qaçdım. Axı mən niyə təndirə baxmadan evə qalxmışam – deyə, özümü danlaya-danlaya həyətə endim. Həyətdə nə təndir vardı, nə də nənəm. Təndiri sökmüşdülər, guya abadlıq işləri görüb, həyəti genişləndirmişdilər. Mən balaca bir daş tapıb qoz ağacının kölgəsində oturaraq, diqqətlə həmin təndirin yerinə baxırdım. Xəyalımda nənəmin oturduğu yeri, kündələri ilə oynamağım və çörəkləri sərdiyimiz, qoğalları bişirdiyimiz yerləri canlandırdım. Təndirin yoxluğu ilə nənəmin də yoxluğunu qəbul elədim. Əgər nənəm sağ olsaydı, təndiri dağılmazdı.
Günəş yaman qızmışdı, yeri – göyü yandırırdı. Yerdən çıxan buxar nənəmin ahı idi. O da mənim kimi təndirin yerinə baxıb darıxırdı yəqin. Gün təndirin yerini qızdırdıqca burnuma nənəmin çörəklərinin iyi gəlirdi. Bəlkə bu çörəklər doğurdan da sehrli idi.
Fidan Nizaməddin qızı Abdurəhmanova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 395
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR